Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ

Baxış
45

Paytaxtın Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəb-də baş verən insident zamanı şagird sinif yoldaşına ağır yanıq xəsarətləri yetirib.

Anews.az-n əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə mübahisə zəminində 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək onu alışqanla yandırıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis tərəfindən saxlanılıb.

Hadisə aprelin 20-də saat 10:15 radələrində baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi-nə məktəbdən çağırış daxil olub və hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Yaralı yeniyetmə Nərimanov Tibb Mərkəzi-nin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub. Həkimlərin ilkin diaqnozuna əsasən, o, baş, üz, boyun, gövdənin ön-yan səthləri və hər iki yuxarı ətraflarda II–III dərəcəli termiki yanıq xəsarətləri alıb.

Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.

Məktəb rəhbərliyi bildirib ki, hadisədən dərhal sonra təcili tibbi yardım çağırılıb, valideynlər və aidiyyəti qurumlar məlumatlandırılıb. Fakt üzrə araşdırma aparılır, məktəbdaxili yoxlama çərçivəsində şagirdlər və müəllimlərlə söhbətlər keçirilir, psixoloji dəstək tədbirləri görülür.

Gülnar Nazimqızı

Mənbə: https://anews.az/az/cemiyyet/511943/bakida-mektebli-sinif-yoldasini-yandirib-teferruatnbsp/

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin