TƏBİB xəstəxanalarında xidmət çeşidləri artırılacaq - Bahadur Rzayev
Bu ilin sonunadək TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanalarda yeni xidmətlərin istifadəyə verilməsi və tibbi xidmət çeşidlərinin genişləndirilməsi planlaşdırılır.
Fins.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səhiyyə müəssisələrində xidmətlərin genişləndirilməsi istiqamətində layihələr davam etdirilir.
“Cari dövrə qədər olan müddətdə həm oftalmologiya, həm də digər istiqamətlərdə bir çox layihələr olub. İlin sonuna kimi də bir çox layihələrimiz var və həmin layihələr üzrə açılışlarımız nəzərdə tutulacaq, xidmət çeşidləri artırılacaq”, – Bahadur Rzayev qeyd edib.
Xəstəxanalarda yeni layihələr həyata keçiriləcək
TƏBİB rəsmisinin açıqlamasına əsasən, ilin sonunadək müxtəlif tibbi istiqamətlər üzrə yeni layihələrin istifadəyə verilməsi nəzərdə tutulur.
Bu layihələr çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində göstərilən xidmətlərin çeşidinin artırılması planlaşdırılır. Bununla yanaşı, Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılması da oftalmologiya sahəsində həyata keçirilən yeniliklər sırasındadır.