Bakıda məktəbli 4-cü mərtəbədən yıxılaraq ölüb

Baxış
21

Bakıda məktəblilərdən birinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Qafqazinfo xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılsa da, şagird aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

BŞTİ-dən qeyd olunub ki, hadisə ilə bağlı şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumların nəzarətinə götürülüb və araşdırmalara başlanılıb.

İdarə ictimaiyyəti araşdırmanın davam etdiyini nəzərə alaraq məsələyə həssas yanaşmağa və yalnız rəsmi qurumların açıqlamalarına istinad etməyə çağırıb.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin