Abad
kişi adı, sadə, azərbaycan mənşəli «abad» məskun edilmiş, becərilmiş, düzəldilmiş yer,yaşayış məntəqəsi mənalarını bildirən topoformantdır. Şəxs adı kimi «mədəni, səliqəli, arzu olunan» mənalarını ifadə edir.
Abbas // Abas
kişi adı, sadə. Doğru variantı Abbasdır. ərəb mənşəli, «əbbas» (qaraqabaq, tutqun, qəzəbli) sözündəndir. Məhəmməd peyğəmbərin əmisi və imam Əlinin oğlanlarından biri bu adı daşımışlar. Şəxs adı kimi azərbaycan mənşəli dilinə islam dininin təsiri altında keçmişdir.
Abbasalı // Abasalı
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli Alı ( kişi, oğul, ər mənalarını ifadə edən şəxsi ad) sözlərindən düzəlib. «Qəzəbli ər, qaraqabaq kişi, qəzəbli oğul» mənasına uyğundur.
Abbasağa // Abasağa
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + ağa (azərbaycan mənşəli 1. cənab; yüksək mənsəb sahiblərinə müraciət; 2. ataya, böyük qardaşa müraciət) sözlərindən düzəlib. «Böyük Abbas», «cənab Abbas» mənasını ifadə edir.
Abbasbəy // Abasbəy
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli bəy (ictimai təbəqə, titul bildirir) sözlərindən düzəlib. Keçmişdə şəxsin bəy tituluna mənsub olduğunu ifadə etmişdir. Müasir antroponimikada adı yaşatmaq məqsədilə istifadə olunur.
Abbasmirzə // Abasmirzə
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + mirzə (ərəb mənşəli, «əmirzadə» sözünün qısaldılmış forması, burada şahzadə titulu). XIX əsr İranın dövlət xadimi, Fətəli şah Qacarın oğlu və vəliəhdi, İranın xarici siyasətində mühüm rol oynamış Abbas Mirzənin adından götürülmüşdür.
Abbasqulu // Abasqulu
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli qul («qulluq edən», «xidmət edən», «itaət edən») + u (III şəxs mənsub. şəkilçi– si). «Abbasa xidmət edən» mənasını ifadə edir.
Abbasəli // Abasəli
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + Əli (imam) sözlərindən düzəlib. «Əlinin Abbası» (İmam Əlinin oğlu Abbasa işarədir) deməkdir.
Abdal
kişi adı, sadə, ərəb mənşəli, «əbdal» (dərviş, qələndər) sözündəndir.
Abdin
kişi adı, sadə, ərəb mənşəli, «əbddin» – dinin xidmətçisi, dinin nökəri sözündəndir.
Abdulla
kişi adı, sadə, ərəb mənşəli, «əbdüllah» (allahın qulu, tanrının nökəri) sözündəndir. Adın Abdul variantı da işlənməkdədir.
Abel
kişi adı, sadə, latın mənşəli «Albelus» sözündən olub «ağcaqovaq» deməkdir. Bibliyada Adəmlə Həvvanın oğullarından birinin adıdır. Adla bağlı bir çox dini əfsanələr mövcuddur.
Abgül
kişi adı, mürəkkəb, fars mənşəli «abe – qol» (gül suyu, gül cövhəri, gülab) sözündəndir.
Abi
kişi adı, sadə, türk mənşəli «Abi» (böyük qardaş) sözündəndir.
Abid
kişi adı, sadə, ərəb mənşəli, «abid» – ibadətlə məşğul olan deməkdir.
Ablı
kişi adı, düzəltmə, fars mənşəli «ab» (su) + azərbaycan mənşəli –lı (varlıq bildirən şəkilçi). Antroponim kimi «canlı», «gənc», «canı sulu» mənalarını ifadə edir.
Abtalıb
kişi adı, mürəkkəb, ərəb mənşəli, «Əbu Talib» (Talıbın atası) sözündəndir.
Abuzər
kişi adı, mürəkkəb, ərəb mənşəli, «Əbu zərr» (zərrənin atası, mənəvi cəhətdən sahib olan) sözündəndir.
Abı
kişi adı, sadə, fars mənşəli «ab» (su) + ı (oxşarlıq, bənzərlik bildirən şəkilçi). «Suya bənzər», «su kimi» deməkdir. Burada suyun təmizliyi, şəffaflığı əsas götürülür.
Abış
kişi adı, düzəltmə, fars mənşəli Abı + ş (azərbaycan mənşəli oxşama və əzizləmə ifadə edən şəkilçi).
Acal
kişi adı, sadə, qədim türk mənşəli «acan // acar // acal» (soylu, imtiyazlı; xoca, müəllim, öyrədən, ustad) sözündəndir. «Ustad» mənasına uyğundur.
Adaş
kişi adı, sadə, azərbaycan mənşəli «addaş» sözündən olub, «eyni ad daşıyan» deməkdir.
Adil
kişi adı, sadə, Adilə qadın adı, düzəltmə, ərəb mənşəli, «adil» – ədalətli deməkdir.
Adıgözəl
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ad + ı (mənsub. şəkilçi– si.) + gözəl sözlərindən düzəlib. «Adı gözəl olan» deməkdir.
Adışirin
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ad + ı (III şəxs mənsub. şəkilçi– si.) + fars mənşəli şirin (xoşa gələn, ürəyə yatan, dadlı) sözlərindən düzəlib. «Adı xoşa gələn» deməkdir.
Adəm
kişi adı, sadə, ərəb mənşəli, «adəm» – insan deməkdir. İlk insan və ilk peyğəmbər Adəmin adı ilə bağlıdır.
Afat
müşəxsi ad, sadə, ərəb mənşəli, «afat» - bəlalar, müsibətlər deməkdir. Antroponim kimi bu sözün məcazi mənası (can alan gözəllər) əsas götürülür.
Afiq
kişi adı, sadə, Afiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «afiq» – sağ, sağlam deməkdir.
Afiyəddin // Afyəddin
kişi adı, mürəkkəb, ərəb mənşəli, «afiyət» (sağlamlıq)+ din sözlərindən düzəlib. «Dinə həsr olunmuş sağlamlıq, dinə həsr olunmuş həyat» deməkdir.
Aftandil // Avtandil
kişi adı, sadə, fars mənşəli «günəş ürəkli», «qəlbi günəşə bənzəyən» deməkdir.
Afşin
kişi adı, sadə, fars mənşəli «afşin» – hökmdar deməkdir.
Afət
müşəxsi ad, sadə, ərəb mənşəli, «afət» (bəla, müsibət; gözəl, canalan dilbər) sözündən olub, burada «gözəl» mənasını ifadə edir.
Agah
kişi adı, sadə, fars mənşəli «agah» – xəbərdar, ayıq – sayıq olan deməkdir. azərbaycan mənşəli şairi Hacı Abbas Hacı Məhərrəm oğluna məxsus təxəllüsdür.
Akif
kişi adı, sadə, Akifə qadın adı, düzəltmə, ərəb mənşəli, «akif» – guşənişin, ibadət edən, abid deməkdir.
Akim // Akum
kişi adı, sadə, Akimə qadın adı, düzəltmə, ərəb mənşəli, «akim» – karvanbaşı deməkdir.
Alak
kişi adı, sadə, qədim azərbaycan mənşəli «alak» – çağırış deməkdir.
Alay
kişi adı, sadə, azərbaycan mənşəli «almaq» felindən düzəlib. Alay (polk) hərbi termin kimi də dilimizdə işlənməkdədir. «Alan, tutan» mənalarını ifadə edən Alay antroponimi vətənpərvərlik ruhu ilə bağlı yaranmışdır.
Aldədə
kişi adı, mürəkkəb azərbaycan mənşəli alı + dədə sözlərindən düzəlib. «Atanın oğlu» deməkdir.
Alim
kişi adı, sadə, Alimə qadın adı, düzəltmə, ərəb mənşəli, «alim» – elimli, bilikli deməkdir.
Allahbaxış
kişi adı, mürəkkəb, ərəb mənşəli, allah (tanrı) + bəxş sözlərindən düzəlib. «Allahın töhfəsi» deməkdir.
Allahqulu
kişi adı, mürəkkəb, ərəb mənşəli, allah (tanrı) + azərbaycan mənşəli qul + u (III şəxs mənsub. şəkilçi – si.). «Tanrıya xidmət edən» deməkdir.
Allahverdi
kişi adı, mürəkkəb, ərəb mənşəli, allah (tanrı) + azərbaycan mənşəli verdi (vermək felinin keçmiş zaman forması) sözlərindən düzəlib. «Tanrının verdiyi» deməkdir.
Allahyar
kişi adı, mürəkkəb, ərəb mənşəli, allah (tanrı) + fars mənşəli yar (sevgili dost, istəkli) ) sözlərindən düzəlib. «Allahın istəkli bəndəsi» deməkdir.
Allahşükür
kişi adı, mürəkkəb, ərəb mənşəli, allah (tanrı) + şükür (təşəkkür, razılıq) sözlərindən düzəlib. «Tanrıya verdiyinin müqabilində təşəkkür edirəm» deməkdir.
Almar
kişi adı, mürəkkəb, Almara qadın adı,mürəkkəb , azərbaycan mənşəli al (qırmızı) + qədim türk mar (təpə. baş) sözlərindən düzəlib. «Qırmızı başlı, qırmızı çalmalı» deməkdir.
Almas // Almaz
müşəxsi ad, sadə. Bərk, rəngsiz, şəffaf, qiymətli daşın adıdır. Bəzək və zinət əşyalarında, həmçinin iti, kəsici material kimi də istifadə olunur. qadın adı kimi ilk dəfə C. Cabbarlı «Almas» pyesində işlətmişdir.
Alov
kişi adı, sadə, azərbaycan mənşəli «alov» – od, yanğın sözündəndir.
Alp
kişi adı, sadə, qədim türk dillərində «Alp» – bahadır, cəsur, igid mənalarını ifadə etmişdir. Yazılı abidələrdə bu söz həm şəxsi ad, həm də titul kimi işlənmişdir. Müasir antroponimikada bu ada nadir hallarda təsadüf olunur.
Alpan
kişi adı, sadə, Alp sözü ilə bağlı yaranıb. «İgidlər, qəhrəmanlar» deməkdir.
Alpaslan
kişi adı, mürəkkəb, Alp + aslan (şir) sözlərindən düzəlib. «İgid aslan», «igid döyüşçü», «aslan kimi igid» deməkdir.
Alpaşa
kişi adı, mürəkkəb, azərbaycan mənşəli Alı + paşa sözlərindən düzəlib. «Yüksək vəzifə sahibi olan kişi; baş ağa» deməkdir.
Alqayıt
kişi adı, mürəkkəb, azərbaycan mənşəli al + qayıt sözlərindən düzəlib. «Qalib» mənasına uyğundur.
Altay
kişi adı, sadə. Əslində «alatay» (hündür, yüksək dağ) sözünün dəyişikliyə uğramış formasıdır. Antroponim kimi türk mənşəli «Altay» dağ adından götürülüb.
Altun
kişi adı, sadə, türk mənşəli «altun» – qızıl deməkdir.
Alxas // Alxaz
kişi adı, sadə. Türk dillərində bu söz «şıltaq, nadinc, çox arzulayan»; ərəb mənşəli, isə «alxas» – xüsusi, başqalarından fərqlənən kimi izah olunur.
Alı
kişi adı, sadə. Ən qədim azərbaycan mənşəli antroponimlərindəndir. Al (almaq felinin kökü) + ı (–an // –ən f/ s şəkilçi– sinə uyğundur) hissələrindən ibarətdir. «Alan, tutan; igid» mənalarını ifadə edir. Mürəkkəb şəxs adlarında ikinci komponent kimi «oğul, kişi, ər» mənasında işlənir. Azərbaycanın bəzi zonalarında bu adın «Alo» variantına da təsadüf olunur.
Alıcan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli alı + fars mənşəli can (əziz, doğma) sözlərindən düzəlib. «Əziz oğul, doğma adam» deməkdir.
Alıməmməd // Alməmməd
kişi adı, mürəkkəb, azərbaycan mənşəli alı + ərəb mənşəli, Məmməd sözlərindən düzəlib. «Oğul Məmməd» mənasına uyğundur. Antroponimikada bu adı imam Əli və Məhəmməd peyğəmbərin adlarının qovuşuğu kimi də qəbul edirlərəb mənşəli,
Alıxan // Alxan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli alı + xan sözlərindən düzəlib. «Kişi hökmdar, igid hökmdar» deməkdir.
Alış
kişi adı, düzəltmə, azərbaycan mənşəli «alış» – parlaq, cəlb edici, gözə çarpan mənalarına uyğundur.
Alışan
kişi adı, düzəltmə, azərbaycan mənşəli alış + an hissələrindən ibarət olub, «alovlu, yanar» deməkdir.
Amal
kişi adı, sadə, ərəb mənşəli, «əməl» sözündən olub, «qayə, məqsəd, arzu, ümid, dilək» deməkdir.
Aman // Amən
kişi adı, sadə, ərəb mənşəli, «amən» sözündən olub, «rəhm, şəfqət, mərhəmət, etimad, inam» deməkdir.
Amanulla // Əmənulla
kişi adı, mürəkkəb ərəb mənşəli, «amanulla» – «Allahın mərhəməti» deməkdir.
Amid
kişi adı, sadə, ərəb mənşəli, «amid» – ağsaqqal, rəis, başçı deməkdir.
Amil
kişi adı, sadə, Amilə qadın adı, düzəltmə, ərəb mənşəli, «amil» – məmur, icraçı; bir işə əməl edən; səbəb, faktor deməkdir.
Amin
kişi adı, sadə, Aminə qadın adı, düzəltmə Əsli yəhudi sözü «amin» olub «ay allah, qəbul et» deməkdir.
Amir
kişi adı, sadə, Amirə qadın adı, düzəltmə, ərəb mənşəli, «amir» – əmr edən, buyuran deməkdir.
Amrah // Əmrah
kişi adı, sadə, qədim türk mənşəli «amrak» – sevimli deməkdir.
Anar
kişi adı, sadə, Anara // Anarə qadın adı, düzəltmə, azərbaycan mənşəli «anmaq» felindən olub. «Yada salar, xatırlar» deməkdir.
Anatollu
kişi adı, düzəltmə türk mənşəli Anadolu (top.) + lu. «Anadoludan olan, anadolulu» deməkdir.
Aqil
kişi adı,sadə, Aqilə qadın adı, düzəltmə, ərəb mənşəli, «aqil» – ağıllı, kamallı, dərrakəli, həddi – buluğa çatmış mənasındadır.
Aqşin
kişi adı, sadə, «ağtəhər», «ağ üzlü», «ağ çöhrəli» deməkdir. Bu sözdən şəxs adı kimi ilk dəfə C. Cabbarlı istifadə etmişdir. Müəllif «Od gəlini» pyesində Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatını yatırdan ərəb sərkərdəsi Afşini Aqşin kimi təqdim etmişdir.
Aral
kişi adı, sadə. Qədim türk dillərində «ada» mənasında işlənmişdir.
Aran
kişi adı, sadə. Aran top.– dən götürülüb.azərbaycan mənşəli «aran» – isti ölkə, düzənlik deməkdir.
Araz
kişi adı, sadə, Araz çayının adından götürülüb.Təxəllüs kimi azərbaycan mənşəli xalq şairi Məmməd İnfil oğlü İbrahimova məxsusdur.
Arif
kişi adı, sadə, Arifə qadın adı, düzəltmə, ərəb mənşəli, «arif» – hər şeydən xəbərdar, tez başa düşən, anlayan deməkdir.Təxəllüs kimi azərbaycan mənşəli xalq şairi Hüseyn Camal oğlu Hüseynzadəyə məxsusdur.
Artun
kişi adı, sadə. qədim türk yazılı abidələrində bitki adı (zirə) kimi «artan, çoxalan» deməkdir.
Arzu
müşəxsi ad, sadə, fars mənşəli «ar(e)zu» – istək, dilək, həvəs sözündəndir.
Arzuman
kişi adı, düzəltmə, fars mənşəli «ar(e)zumənd» sözündən olub, «arzu olunan», «istənilən» deməkdir.
Arıx
kişi adı, sadə, qədim azərbaycan mənşəli «arıx» – pak, təmiz deməkdir.
Asif
kişi adı, sadə, ərəb mənşəli, «asif» – şiddətli külək, tufan, qasırğa, boran deməkdir.
Asim
kişi adı, sadə, Asimə qadın adı, düzəltmə, ərəb mənşəli, «asim» – ismətli, namuslu; ismətini, namusunu qoruyan deməkdir. Mədinə şəhərinin qədim adı olan Yəsrib Asim kimi də işlədilmişdir. Onu obrazlı şəkildə «Məhəmmədi qoruyan, müdafiə edən» kimi mənalandırırlar.
Asiman
müşəxsi ad, sadə, fars mənşəli «asiman» – səma, göy, göy qübbəsi deməkdir.
Aslan
kişi adı, sadə, qədim türk mənşəli «arslan» (heyvanların şahı sayılan «şir» deməkdir) sözündəndir. Türk qəbilələrindən qaraxanilərdə və səlcuqlarda titul kimi də işlədilmişdir.
Asəf
kişi adı, sadə, qədim yəhudi mənşəli Yosafat (tanrı hökm verdi) adının ərəb mənşəli, formasıdır. Əfsanəvi Süleyman peyğəmbərin ağıllı və tədbirli vəzirinin adı olmuşdur.
Ata
kişi adı, sadə, azərbaycan mənşəli «ata» – sahib, böyük, tərbiyəçi, valideyn deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli tənqidçisi, filosof Asif Qasım oğlu Əfəndiyevə aiddir. «Müdrik» mənasını ifadə edir.
Atababa
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + baba (əcdad, nəslin başçısı, atanın atası) sözlərindən düzəlib. «Böyük baba, ulu baba» deməkdir.
Atabala
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + bala (övlad, uşaq) sözlərindən düzəlib. «Böyük övlad, böyük oğul» deməkdir.
Atabəy
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + bəy (titul). İlkin variantda vəzifə adı olub tərbiyəçi, qəyyum funksiyalarını yerinə yetirən şəxslərə verilmişdir. azərbaycan mənşəli tarixində atabəylik Eldəgizlər (Atabəylər) sülaləsinin banisi Şəmsəddin Eldəgizin (XII əsr) adı ilə bağlıdır. Müasir antroponimiyada bu ad «böyük bəy» mənasını saxlamışdır.
Atacan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + can (əziz) sözlərindən düzəlib. «Əziz ata» deməkdir.
Atakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + kişi sözlərindən düzəlib. «Böyük kişi» deməkdir.
Atalar
kişi adı, düzəltmə, azərbaycan mənşəli ata + lar (kəm. şəkilçi– si). «Atalara əvəz» mənasına uyğundur.
Atam
kişi adı, düzəltmə, azərbaycan mənşəli «atam» – mənim atam deməkdir.
Atamalı
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata + mal (var – dövlət, miras) + ı (III şəxs mənsub. şəkilçi– si.) sözlərindən düzəlib. «Ataya məxsus, atanın varisi» deməkdir.
Atamoğlan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata + m (I şəxs mənsub. şəkilçi– si.) + oğlan sözlərindən düzəlib. «Atama əvəz oğlan» deməkdir.
Ataqardaş
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + qardaş sözlərindən düzəlib. «Böyük qardaş» deməkdir.
Ataxan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + xan (titul) sözlərindən düzəlib. «Böyük xan», «baş xan» mənalarına uyğundur.
Ataxəlil
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + ərəb mənşəli, xəlil (dost, sevgili) sözlərindən düzəlib. «Böyük dost, sevimli ata» deməkdir.
Ataş
kişi adı, düzəltmə, azərbaycan mənşəli ata + ş (əzizləmə mənasını ifadə edən şəkilçi). İlkin variantı valideynlərdən birinin atasının adını daşıyan uşaqlara verilan ikinci ad olmuşdur. «Əziz ata» və ya «atanın adaşı», «atanın adını daşıyan» deməkdir.
Ataəmi // Atəmi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + əmi (atanın qardaşı) sözlərindən düzəlib. «Böyük əmi» deməkdir.
Atif
kişi adı, sadə, Atifə qadın adı, düzəltmə ərəb mənşəli, «atif» – lütf edən, mehriban, şəfqətli deməkdir.
Atil
kişi adı, sadə, qədim türk mənşəli «elin şöhrəti», «elin uğuru» deməkdir. ərəb mənşəli, «atil» – tənbəl, işsiz, boş; bəzəksiz, zinətsiz mənalarına uyğundur.
Atlıxan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli atlı (süvari) + xan (titul) sözlərindən düzəlib. «Süvari xan», «igid, qəhrəman» deməkdir.
Atəş
kişi adı, sadə, fars mənşəli «atəş» – od deməkdir.
Avı
kişi adı, sadə, qədim azərbaycan mənşəli «avı» – sağlam deməkdir.
Ayar
kişi adı, sadə, Ayarxanım qadın adı, mürəkkəb, azərbaycan mənşəli «ayar» – 1. ürəyiaçıq, gülərüzlü; 2. iti gözlü; 3. məhsuldar mənalarını ifadə edir.
Ayaz
kişi adı, sadə, azərbaycan mənşəli «ayaz» – qışda buludsuz, aydın gecələrdə quru, soyuq şaxta mənasını verir. şəxsi ad kimi «Ayaz» – aydın fikirli, ağıllı, istedadlı deməkdir. Sultan Mahmudun gənc və gözəl nökərinin adı da Əyaz // Ayaz olmuşdur.
Aydın
kişi adı, sadə, azərbaycan mənşəli «aydın» – işıqlı, aşkar deməkdir. azərbaycan mənşəli– da bu antroponimin ilk yaradıcısı C. Cabbarlı olmuşdur.
Aydəmir
kişi adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + dəmir (metal) sözlərindən düzəlib. «Saf, möhkəm» mənalarına uyğundur.
Ayin
kişi adı, sadə, Ayinə qadın adı, düzəltmə, fars mənşəli «ayin» – bəzək, zinət; rəsm, adət, qanun, dəb, üsul, mərasim; məzhəb deməkdir. Antroponim kimi bu sözün «bəzək, zinət» mənaları əsas götürülür.
Ayxan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + xan (titul) sözlərindən düzəlib. «Yüksək rütbəli, hörmətli xan» deməkdir.
Ayətulla
kişi adı, sadə, ərəb mənşəli, «allahın nişanəsi, rəmzi» deməkdir. Əsasən din xadimləri ad və ləqəb kimi bu antroponimdən istifadə edirlərəb mənşəli,
Azad
kişi adı, sadə, Azadə qadın adı, sadə, fars mənşəli «azade» (sərbəst, asılı olmayan) sözündən götürülüb. Sasanilər dövründə İranda və Azərbaycanda azadlar (əsilzadələr, zadəganlar) təbəqəsi var idi.
Azay
kişi adı, sadə. Mütəxəssislər bu antroponimi «azalmaq» feli ilə bir kökdən hesab edirlərəb mənşəli, Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, dilimizdə «az» hissəciyinin «nəhəng, böyük, iri» mənası ilə bağlı sözlər də az deyil (azı, azıx, azman və b.). Ulularımız ad, xüsusilə kişi adı seçərkən ikinci mənaya daha çox üstünlük vermişlərəb mənşəli,
Azim
kişi adı, sadə, Azimə qadın adı, düzəltmə, ərəb mənşəli, «azim» – qəti qərar verən; hər hansı bir məqsədlə yola düşən deməkdir.
Azər
kişi adı, sadə, fars mənşəli «azər» – od, atəş, atəşgah deməkdir.
Azəri
kişi adı, düzəltmə, fars mənşəli azər (od) + azərbaycan mənşəli –i (oxşarlıq, bəzən aidlik, mənsubluq bildirən şəkilçi). «Oda aid», «oda qulluq edən», «oda sitayiş edən» deməkdir.
Ağa
kişi adı,sadə, azərbaycan mənşəli «cənab», «hakim sinfin nümayəndəsi», «mənsəb sahibi» (XVIII əsrdə «torpaq sahibi» mənasında işlədilmişdir), «böyük qardaş», «ata» mənalarını ifadə edir. İslamiyyətdən sonra seyidlərə (peyğəmbərin nəslindən hesab olunan şəxslərə) «ağa» deyə müraciət olunmuşdur. Qacarların hakimiyyəti dövründə İranın yüksək vəzifəli məmurlarının adlarının sonuna artırılırdı.
Ağababa
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + baba (ata, atanın,və ya ananın atası) sözlərindən düzəlib. «Böyük ata», «atanın atası» mənalarını ifadə edir.
Ağabala
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bala (övlad, uşaq) sözlərindən düzəlib. «Böyük övlad», «ailənin böyük uşağı» mənasını bildirir.
Ağabuta
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + buta (qönçə, badama bənzər naxış) sözlərindən düzəlib. Antroponim kimi «Qiymətli naxış» deməkdir.
Ağabəy
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bəy (zadəgan titulu) sözlərindən düzəlib. «Böyük bəy», «hörmətli bəy» mənasını ifadə edir.
Ağabəşir
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Bəşir (xoş xəbər gətirən, müjdəçi) sözlərindən düzəlib. «Böyuk müjdəçi» mənasını bildirir.
Ağacan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + can (burada «əziz») sözlərindən düzəlib. «Əziz cənab» deməkdir.
Ağacəfər
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, cəfər (çay) sözlərindən düzəlib. Burada «qiymətli çay» deməkdir. «Böyük Cəfər» anlamında da işlənir.
Ağadadaş
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + dadaş (qardaşa, ataya müraciət forması, hərfən «dada yetən, köməyə çatan») sözlərindən düzəlmişdir. «Böyük qardaş» mənasını ifadə edir.
Ağadayı
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + dayı (qardaşın bacı uşaqlarına olan qohumluq münasibəti) sözlərindən düzəlib. «Böyük dayı» mənasını ifadə edir.
Ağagül
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + fars mənşəli gül sözlərindən düzəlib. «Güllərin hökmdarı, böyüyü» mənasına uyğundur.
Ağahüseyn
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, hüseyn (gözəl) sözlərindən düzəlib. «Gözəl cənab» deməkdir.
Ağahəsən
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, həsən (yaxşı, gözəl sima) sözlərindən düzəlib. «Yaxşı cənab» deməkdir. azərbaycan mənşəli antroponimikasında Ağahəsən və Ağahüseyn şəxsi ad– ları imam Əlinin oğlanları, Məhəmməd peyğəmbərin nəvələri Həsən və Hüseynin adı ilə bağlıdır.
Ağakazım
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, kazım (sirrini saxlaya bilən) sözlərindən düzəlib. «Böyük sirr saxlayan» deməkdir.
Ağakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + kişi (ər, ata, oğul ) sözlərindən düzəlib. «Böyük oğul» deməkdir.
Ağakərim
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, kərim (səxavətli) sözlərindən düzəlib. «Səxavətli cənab» mənasındadır.
Ağalar
kişi adı, düzəltmə., azərbaycan mənşəli ağa (böyük, cənab) + lar (kəmiyyət şəkilçi– si). «Ağa nəslindən olan» deməkdir.
Ağamahmud
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, mahmud (tərifəlayiq) sözlərindən düzəlib. «Tərifəlayiq cənab» deməkdir.
Ağamal
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + mal sözlərindən düzəlib. «Böyük var-dövlət» deməkdir.
Ağamalik // Ağaməlik
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, malik (sahib) sözlərindən düzəlib. «Böyük sahib, hörmətli şah» deməkdir.
Ağamalı
kişi adı, mürəkkəb,azərbaycan mənşəli ağa (cənab) + mal (dövlət, var)+ ı (III şəxs mənsub. şəkilçi- si). «Ağaya mənsub olan» deməkdir.
Ağamehdi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, mehdi (düz yol tutmuş, doğru yolla gedən) sözlərindən düzəlib. «Hörmətli peyğəmbər» anlamındadır.
Ağamir
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, mir (əmir – hökmdar, başçı) sözünün qısaldılmış forması) sözlərindən düzəlib. «Böyük hökmdar» deməkdir.
Ağamirzə
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, mirzə (ərəb mənşəli,, fars mənşəli əmirzadə - hökmdar oğlu, şahzadə vəlihəd) sözlərindən düzəlib. «Böyük vəliəhd» deməkdir.
Ağamoğlan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + m (I şəxs mənsub. şəkilçi– si) + oğlan (oğul, kişi) sözlərindən düzəlib. «Böyüyüm oğul» mənasına uyğundur.
Ağamurad
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, murad (arzu, istək) sözlərindən düzəlib. «Böyük arzu» mənasına uyğundur.
Ağamusa
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, musa (uşaq, övlad) sözlərindən düzəlib. «Böyük uşaq, böyük övlad» deməkdir.
Ağaməcid
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + ərəb mənşəli, məcid (əzəmətli, görkəmli) sözlərindən düzəlib. «Əzəmətli cənab» deməkdir.
Ağaməhəmməd // Ağaməmməd
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Məhəmməd sözlərindən düzəlib. «Böyük Məhəmməd» deməkdir.
Ağamərdan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + fars mənşəli Mərdan (mərdlər) sözlərindən düzəlib. «Mərdlərin böyüyü» deməkdir.
Ağanemət
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nemət (yaxşılıq, sərvət) sözlərindən düzəlib. «Böyük sərvət» deməkdir.
Ağanemətulla
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nemətulla (allahın sərvəti) sözlərindən düzəlib. «Allahın böyük sərvəti» deməkdir.
Ağaniyaz
kişi adı, mürəkkəb, azərb ağa + fars mənşəli niyaz (dua etmə, hədiyyə) sözlərindən düzəlib. «Allahın hədiyyəsi, bəxşişi» deməkdir.
Ağanəbi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nəbi (peyğəmbər) sözlərindən düzəlib. «Cənab peyğəmbər» deməkdir.
Ağanəzər
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nəzər (baxış, düşüncə) sözlərindən düzəlib. «Böyük düşüncə» deməkdir.
Ağaoğlan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + oğlan sözlərindən düzəlib. «Böyük oğlan, hörmətli oğlan, böyük oğul» deməkdir.
Ağaqardaş
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + qardaş (ailədə doğulmuş oğlan uşağının o biri uşaqlarla qohumluq əlaqəsi) sözlərindən düzəlib. «Böyük qardaş» mənasındadır.
Ağaqulu
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + qul (xidmət edən) + u (III şəxs mənsub. şəkilçi– si). Burada «Tanrının xidmətçisi» mənasını ifadə edir.
Ağaqurban
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, qurban (özünü müqəddəs bir iş uğrunda fəda edən) sözlərindən düzəlib. «Böyük fədakar» anlamındadır.
Ağarazi // Ağarəzi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, razi (bir şeydən razı olmaq) sözlərindən düzəlib. «Hər şeydən razı olan ağa, böyük» deməkdir.
Ağarza
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rza (bir şeydən razı, məmnun) sözlərindən düzəlib. «Böyük məmnuniyyət» deməkdir.
Ağarəfi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rəfi (rafiq – rəfiq sözünün qısaldılmış forması, mənası: «dost, yoldaş») sözlərindən düzəlib. «Böyük dost» deməkdir.
Ağarəhim
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rəhim (rəhimli, rəhm edən, ürəyi yanan) sözlərindən düzəlib. «Böyük rəhm edən» deməkdir.
Ağarəhman
kişi adı, mürəkkəb Mənşəcə və mənaca Ağarəhim antroponiminə uyğundur.
Ağasadıq
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, sadıq – sadiq (sədaqətli) sözlərindən düzəlib. «Böyük sadiq» deməkdir.
Ağasalah // Ağasaleh
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + salah – saleh (ərəb mənşəli, «saleh» «xeyirxah, yaxşılıq» deməkdir) sözlərindən düzəlib. «Böyük xeyirxah», «böyük yaxşılıq» mənasına uyğun gəlir.
Ağasif
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, asif (tufan) sözlərindən düzəlib. «Böyük tufan» mənasındadır.
Ağasoltan // Ağasultan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, soltan – sultan (padşah, hökmdar) sözlərindən düzəlib. «Böyük hökmdar» deməkdir.
Ağasüleyman
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, suleymən // süleyman (qədim yəhudi mənşəli Solomon – əmin, sakit, heç kəsə dəyib – dolaşmayan; sülh) sözlərindən düzəlib. «Əmin, sakit cənab» deməkdir. Şərq antroponimikasında Süleyman peyğəmbərin adı ilə bağlıdır.
Ağası // Ağasi
kişi adı, düzəltmə, azərbaycan mənşəli ağa (böyük) + sı // si (III şəxs mənsub. şək– si.). «Böyüyümüz», «ailənin böyüyü» deməkdir.
Ağasəfi // Ağasəf
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, səfi (seçilmiş, səmimi dost) sözlərindən düzəlib. «Böyük dost» deməkdir.
Ağasəlim
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, salim – səlim (sağlam) sözlərinin birləşməsindən düzəlib. «Çox sağlam» deməkdir.
Ağasəməd
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, səməd (əbədi, daimi) sözlərindən düzəlib. «Daim var olan böyük insan» mənasına uyğundur.
Ağaverdi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + verdi («vermək» felindən) sözlərindən düzəlib. «Allahın verdiyi» mənasına uyğundur.
Ağavəli
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + ərəb mənşəli, vəli (himayəçi, qəyyum, ağa) sözlərindən düzəlib. «Böyük ağa, atabəy» deməkdir.
Ağaxan
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + xan (titul, hökmdar) sözlərindən düzəlib. «Böyük xan» deməkdir.
Ağayaqub
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + Yaqub (qədim yəhudi adı Yakovun ərəb forması olub «ardınca gedən, izi ilə gedən») sözlərindən düzəlib. «Böyük peyğəmbər Yaqub» deməkdir.
Ağayar
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + yar (hissə, parça, tay, bərabər, əziz) sözlərindən düzəlib. «Böyük hissə», «böyük tay» mənasına uyğundur.
Ağayunus // Ağayunis
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + Yunus // Yunis (qədim yəhudi adı İonanın ərəb forması olub «göyərçin»deməkdir.) sözlərindən düzəlib. «Böyük peyğəmbər Yunus» mənasına uyğundur.
Ağayusif
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + Yusif (qədim yəhudi Adı Yosifin ərəb forması olub «artım, gəlir») sözlərindən düzəlib. «Böyük peyğəmbər Yusif» deməkdir. Belə adlar peyğəmbərlərə ehtiram məqsədilə qoyulurdu. Müasir antroponimikada isə bu tipli adlar yalnız qohumların (baba, ata) adlarını əbədiləşdirmək üçün işlədilir.
Ağazal
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + fars mənşəli zal (qoca, yaşlı, ahıl) sözlərindən düzəlmişdir. «Mürşid, başçı, yaşlı hökmdar, ağsaqqal» mənalarını ifadə edir.
Ağazaman
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zaman (vaxt, dövran, çağ) sözlərindən düzəlmişdir. «Zamanın hökmdarı» mənasına uyğundur.
Ağazeynal
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zeynal (ibadət edənlərin bəzəyi) sözlərindən düzəlmişdir. «Böyük itaətkar» mənasındadır.
Ağazəki
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zəki (ağıllı, bacarıqlı, tez başa düşən) sözlərindən düzəlmişdir. «böyük bilici» mənasını ifadə edir.
Ağazər
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + fars mənşəli zər (qızıl, şəfəq) sözlərindən düzəlib. «Böyük, hörmətli şəfəq» deməkdir.
Ağaşirin
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + fars mənşəli şirin sözlərindən düzəlib. «Sevimli, əziz cənab» deməkdir.
Ağaşükür
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + ərəb mənşəli, şükr (minnətdarlıq, razılıq) sözlərindən düzəlib. Burada «Allahdan razı, tanrıya minnətdar» mənasını ifadə edir.
Ağaəli // Ağəli
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Əli (imam) sözlərindən düzəlib. «Cənab Əli, böyük Əli» deməkdir.
Ağaəmi // Ağəmi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + əmi (qardaşın qardaş uşaqlarına olan qohumluq münasibəti) sözlərindən düzəlib. «Böyük əmi» deməkdir.
Ağaəziz
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (cənab) + ərəb mənşəli, əziz (istəkli, hörmətli) sözlərindən düzəlib. «İstəkli cənab» deməkdir.
Aşiq
kişi adı, sadə, Aşiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «aşiq» – sevmiş, sevən, vurğun, sevgili deməkdir.
Aşqın
kişi adı, sadə, azərbaycan mənşəli «aşmaq» felindən düzəlib. «Üstün gələn», «qalib gələn» deməkdir.
Aşur
kişi adı, sadə, Aşura qadın adı, düzəltmə 1. Ər «aşur» – ongünlük, dekada; «aşura» – məhərrəm ayının onuncu günü deməkdir. 680 – ci il məhərrəm ayının onunda Kərbəlada Yezidin qoşunları Hüseynin tərəfdarlarına qalib gəlmişdilərəb mənşəli, 2. Əfsanəyə görə baş allah Assuriya padşahlarının himayəçisinin adı Aşşur idi. O, padşahları istilaçı yürüşlərə, düşmənlərə qarşı amansız olmağa ruhlandırırmış. Digər tərəfdən, qədim türk yazılı abidələrində «asur» – cin, şeytan, iblis mənasında işlənir.
Aşurbəy
kişi adı, mürəkkəbAşur şəxsi ad + bəy (titul) sözlərindən düzəlib.
Aşurəli
kişi adı, mürəkkəb Aşur + Əli sözlərindən düzəlib. Şiəlik təriqəti ilə bağlıdır.