"İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı barışıq əldə olundu

Baxış
62

“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdi ilə bağlı cinayət işində zərərçəkmiş tərəf – müəllim şagirdini bağışlayıb və barışıq sənədi istintaqa təqdim olunub.

Psixoloji ekspertiza nəticələrinə görə, şagirddə anlaqlılığı istisna etməyən psixi pozuntu aşkarlanıb. O, əməlini dərk etsə də, məsuliyyətdən azad edilmir, lakin bu hal cəza zamanı yüngülləşdirici kimi nəzərə alına bilər.

İttihama əsasən, hadisə fevralda liseydə baş verib və şagird müəlliminə atəş açmaqda günahlandırılır. İş yekun ittihamdan sonra məhkəməyə göndəriləcək. 18 yaşına çatmadığı üçün onun 10 ilədək azadlıqdan məhrum edilə biləcəyi bildirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/idrakda-gullelenen-muellim-hemin-sagirdi-bagisladi-505995

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin