Dr. Nərmin Əzizova
Pediatr
Pediatriya.az saytının təsisçisi Nərmin Akif qızı Əzizova (Bağırova) 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olunmuş və 2014-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətində apardığı elmi tədqiqat “İlin elmi mövzusu” adına layiq görülmüşdür.
2014–2018-ci illərdə rezidenturanı Ə.F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında keçmişdir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Hacettepe Universitetində klinik rotasiya keçmişdir. Həmin il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların Reanimasiya və İntensiv Terapiya şöbəsinə həkim-neonatoloq vəzifəsinə təyin olunmuş və hal-hazırkı vaxtadək elmi fəaliyyəti ilə bərabər həmin vəzifədə çalışır.
2018–2022-ci illərdə əlavə iş yeri olaraq 1 nömrəli Bakı Tibb Kollecində “Yoluxucu xəstəliklər” fənni üzrə müəllimə kimi fəaliyyət göstərmişdir. 2023-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasında çalışır.
N. Əzizovanın “Kritik vəziyyətdə olan 1 yaşa qədər uşaqlarda anadangəlmə anomaliyaların diaqnostikası və proqnostik təhlili” mövzusunda dissertasiya işi tamamlanmış və hazırda müdafiə mərhələsindədir.
N. Əzizova 17 elmi məqalənin (yerli və yüksək impakt faktorlu beynəlxalq jurnallarda), 6 tezisin müəllifidir (Siyahı 1). O cümlədən, 2024-cü ildə N.Əzizova, TÜBİTAK ANAS/ORTAK Proje Çağrısı çərçivəsində beynəlxalq qrant layihəsini qazanmışdır. Layihə Türkiyədən olan alimlərlə birgə həyata keçirilir və hazırda tədqiqat işi davam edir.
Həmçinin, həkim N. Əzizova Azərbaycan və xarici ölkələrdə keçirilən çoxsaylı beynəlxalq konfrans, elmi seminar, simpozium və digər tədbirlərdə (siyahı 2) fəal iştirak etmişdir .
Həkim Nərmin Əzizova ailəlidir, iki övladı vardır.
|
Siyahı 1
|
|
Siyahı 2 2010-cu il: Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin 79-cu Elmi Konfransı çərçivəsində keçirilən müsabiqənin qalibi. 2011-ci il: Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin fakültə konfransı çərçivəsində keçirilən müsabiqənin qalibi. 2012-ci il: 1st Azerbaijan-Germany Medical Training Courses of Laparoscopy – iştirak; Azərbaycan Tibb Universitetində təşkil olunan “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı” müsabiqəsinin qalibi; Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin 80-ci Yekun Elmi Konfransında keçirilən müsabiqənin qalibi. 2013-cü il: “Katarakt Cərrahiyyəsi, Görmə Qüsurları və Qlaukoma” mövzusunda konfransda iştirak. 2014-cü il: 1st Conference of the International Heart Team of Azerbaijan “Updates in Congenital Heart Disease” – iştirak; Teaching Course on Congenital Heart Diseases: Morphology, Echocardiography and Imaging – iştirak; “Elektrokardioqramma (EKQ)” kursunda iştirak. 2015-ci il: International Internal Medicine Training Meetings – 6 – iştirak. 2016-cı il: “Çoçuklarda İleri Yaşam Desteği” kursunu bitirmə; 2-ci Beynəlxalq Uşaq Xəstəlikləri və Cərrahiyyəsi Simpoziumunda iştirak. 2017-ci il: “Barattson” School of Business & Finance, General English Pre-Intermediate; ATA – Pediatriya Dərnəyinin V Seminarı çərçivəsində “Pediatriyada Yeniliklər” adlı seminarda iştirak; Okan Universitetinin “Uşaq Xəstəlikləri və Sağlamlığı” adlı simpoziumunda iştirak. 2018-ci il: “Diseases of the Central Nervous System and Brain, Multidisciplinary Approach in Neurosurgery” seminarında iştirak; Pediatrik Temel və İleri Yaşam Desteği Kursunda iştirak (Hacettepe Universiteti, Ankara); “Neonatologiya üzrə 1-ci Bakı Beynəlxalq Konfransı” və “Neonatologiya üzrə Azərbaycan–Türkiyə 2-ci İntensiv Təlim Kursu”nda iştirak; “Azərbaycan–Türkiyə Pediatrik Endokrinoloji Kursu”nda iştirak; “Nadir Genetik Xəstəliklərə Müasir Yanaşma” konfransında iştirak; “Erkən Yaşlı Uşaqların Qidalanması” mövzusunda elmi-praktik konfransda iştirak; ATA – Pediatriya Dərnəyinin VI Simpoziumu çərçivəsində “Pediatriyada Yeniliklər” adlı simpoziumda iştirak. 2019-cu il: “Böyüklərdə və pediatrik xəstələrdə ürək çatışmazlığına həsr olunmuş Elmi-Praktik Simpozium”da iştirak; “Pediatrik xəstələrdə və yenidoğulanlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim”də iştirak; “Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi”ndə iştirak; UNPSTR Avrasiya Konqresi – Nutrisyon Məktəbi proqramında iştirak; “İmmunpataloji Xəstəliklər” adlı I Beynəlxalq Konfransda iştirak. 2020-ci il: “Neonatal və Pediatrik Mexaniki Ventilyasiya, Reanimasiya və Təcili Pediatrik Yardım” mövzusunda təlimdə iştirak. 2021-ci il: “Pediatriyada Yeniliklər” mövzusunda elmi-praktik konfransda iştirak; “Uşaq Cərrahiyyəsində Yeniliklər” mövzusunda elmi-praktik konfransda iştirak; “Pediatriyada Yeniliklər Bakı–2021” elmi-praktik konfransında iştirak; “Neonatal Reanimasiya Proqramı” kursunda iştirak; “Endokrinoloji Təlim”də iştirak. 2022-ci il: Çoçuk Acil Tıp ve Yoğun Bakım Derneği tərəfindən təşkil olunan “Uşaqlarda Təkmil Həyata Dəstək” təlimində iştirak; “Neonatoloji və Pediatrik Qidalanmaya Multidissiplinar Yanaşma” mövzusunda e-təlimdə iştirak; Beynəlxalq Vaxtından Əvvəl Doğulanlar Gününə həsr olunmuş elmi-praktik konfransda iştirak; I Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb Bacıları Konqresində iştirak; 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş həkimlər və tibb bacıları üçün konfransda iştirak; Dünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfransda iştirak. 2023-cü il: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış” Beynəlxalq Elmi Konqresində iştirak; International Conference on Medical Education – “Transforming Health Professions Education: Trends, Challenges & Solutions” konfransında iştirak; Azərbaycan Tibb Universitetinin “Təbabətin Aktual Problemləri üzrə Elmi-Praktik Konqresi” çərçivəsində keçirilən “Pediatriya və Neonatologiyada Yeniliklər” Konfransında iştirak; “1st International Pediatric Congress of the Azerbaijan Pediatric Society” konqresində iştirak; “Doğum zalında neonatal reanimasiya üzrə praktik kurs”un iştirakçısı. 2024-cü il: “Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri – I Beynəlxalq Forum”da məruzəçi və sessiya sədri; “Neonatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak; European Paediatric Association’s Congress – 11th Europaediatrics Congress-də iştirak (Antalya, Türkiyə); “New and Upcoming Treatments for Rare Diseases Course” (European Paediatric Association’s Congress – 11th Europaediatrics Congress, Antalya, Türkiyə) proqramında iştirak; “Pediatriyada 2-ci Yenilənmə Simpoziumu”nda iştirak; General English – B2 level (CEFR), British Academy LLC. 2025-ci il: Asian Journal of Pediatric Research jurnalının “In recognition of an outstanding contribution to the quality of the journal” mükafatı; “İsrail Pediatriya Onlayn Məktəbi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak; Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyi və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş “Cərrahi və Mama-Ginekoloji problemlərə multidissiplinar yanaşmalar” adlı beynəlxalq konfransda iştirak; Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalında məruzəçi; Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayında məruzəçi; “Neonatal Nevrologiya: Klinik yanaşma və yeniliklər” kursunda iştirak. 2026-cı il: “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda Beynəlxalq konqresdə iştirak; “Tibbi Tədqiqatların Yol Xəritəsi: İdeyadan Nəticəyə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak. |
Dr. Narmin Azizova 🇹🇷
Pediatriya.az web sitesinin kurucusu Narmin Akif kızı Azizova (Bagırova), 1991 yılında Bakü şehrinde doğmuştur. 2008 yılında Azerbaycan Tıp Üniversitesi Pediatri Fakültesine kabul edilmiş ve 2014 yılında üniversiteyi onur derecesiyle tamamlamıştır. Öğrencilik yıllarında Azerbaycan Tıp Üniversitesi Öğrenci Bilim Topluluğu bünyesinde yürüttüğü bilimsel araştırma “Yılın Bilimsel Konusu” ödülüne layık görülmüştür.
2014–2018 yılları arasında uzmanlık eğitimini A.F. Qarayev adına 2 No’lu Klinik Çocuk Hastanesinde tamamlamıştır. 2018 yılında Türkiye Cumhuriyeti Ankara şehrinde bulunan Hacettepe Üniversitesinde klinik rotasyon gerçekleştirmiştir. Aynı yıl Azerbaycan Cumhuriyeti Sağlık Bakanlığının görevlendirmesiyle K.Y. Ferecova adına Bilimsel Araştırma Pediatri Enstitüsü Yenidoğan Reanimasyon ve Yoğun Bakım Bölümüne neonatolog hekim olarak atanmış ve halen bu görevini bilimsel çalışmalarıyla birlikte sürdürmektedir.
2018–2022 yılları arasında ek görev olarak 1 No’lu Bakü Tıp Kolejinde “Bulaşıcı Hastalıklar” dersi kapsamında öğretim görevlisi olarak çalışmıştır. 2023 yılından itibaren Azerbaycan Tıp Üniversitesi I. Çocuk Hastalıkları Anabilim Dalında görev yapmaktadır.
N. Azizova’nın “Kritik durumda olan 1 yaş altı çocuklarda konjenital anomalilerin tanısal ve prognostik değerlendirilmesi” başlıklı doktora tezi tamamlanmış olup şu anda savunma aşamasındadır.
N. Azizova, yerel ve yüksek etki faktörlü uluslararası dergilerde yayımlanmış 17 bilimsel makale ve 6 tezin (Liste 1) sahibidir. Ayrıca 2024 yılında N. Azizova, TÜBİTAK–ANAS/ORTAK Proje Çağrısı kapsamında uluslararası bir hibe projesi kazanmıştır. Proje Türk bilim insanlarıyla ortak yürütülmekte olup araştırma çalışmaları halen devam etmektedir.
Bununla birlikte, Dr. N. Azizova Azerbaycan ve farklı ülkelerde düzenlenen çok sayıda uluslararası kongre, bilimsel seminer, simpozyum ve benzeri akademik etkinliklere (Liste 2) aktif olarak katılım sağlamıştır.
Dr. Nərmin Əzizova evlidir ve iki çocuk sahibidir.
Dr. Narmin Azizova 🇬🇧
The founder of the website Pediatriya.az, Narmin Akif qızı Azizova (Baghırova), was born in 1991 in the city of Baku. In 2008, she was admitted to the Faculty of Pediatrics at the Azerbaijan Medical University and graduated in 2014 with honors (distinction diploma). During her student years, her scientific research conducted within the Scientific Student Society of the Azerbaijan Medical University was awarded the title of “Scientific Topic of the Year.”
From 2014 to 2018, she completed her residency training at the 2nd Clinical Children’s Hospital named after A.F. Qarayev. In 2018, she underwent a clinical rotation at Hacettepe University in Ankara, Republic of Türkiye. In the same year, by assignment of the Ministry of Health of the Republic of Azerbaijan, she was appointed as a neonatologist at the Neonatal Resuscitation and Intensive Care Department of the K.Y. Faradjova Scientific Research Institute of Pediatrics, where she continues to work to this day, alongside her scientific activities.
From 2018 to 2022, she additionally worked as a lecturer in the subject “Infectious Diseases” at the Baku Medical College No. 1. Since 2023, she has been working at the Department of I Pediatric Diseases at the Azerbaijan Medical University.
N. Azizova’s dissertation titled “Diagnostic and prognostic analysis of congenital anomalies in children under 1 year of age in critical condition” has been completed and is currently in the defense stage.
N. Azizova is the author of 17 scientific articles (published in local and high-impact international journals) and 6 abstracts (List 1). In addition, in 2024, N. Azizova was awarded an international grant project within the TÜBİTAK–ANAS/JOINT Project Call. The project is being implemented in collaboration with Turkish scientists and the research work is currently ongoing.
Furthermore, Dr. N. Azizova has actively participated in numerous international conferences, scientific seminars, symposia, and other academic events held in Azerbaijan and abroad (List 2).
Dr. Nərmin Azizova is married and has two children.
Доктор Нармин Азизова 🇷🇺
Основатель сайта Pediatriya.az, Нармин Акиф кызы Азизова (Багирова), родилась в 1991 году в городе Баку. В 2008 году она поступила на факультет педиатрии Азербайджанского медицинского университета и в 2014 году окончила его с отличием (диплом с отличием). В студенческие годы её научное исследование, выполненное в рамках Студенческого научного общества Азербайджанского медицинского университета, было удостоено звания «Научная тема года».
В 2014–2018 годах она прошла резидентуру во 2-й Клинической детской больнице имени А.Ф. Гараева. В 2018 году прошла клиническую ротацию в Университете Хаджеттепе в Анкаре, Турецкая Республика. В том же году по направлению Министерства здравоохранения Азербайджанской Республики была назначена врачом-неонатологом в отделение реанимации и интенсивной терапии новорождённых Научно-исследовательского института педиатрии имени К.Я. Фараджевой, где продолжает работать по настоящее время, совмещая клиническую деятельность с научной работой.
В 2018–2022 годах дополнительно работала преподавателем по дисциплине «Инфекционные болезни» в Бакинском медицинском колледже №1. С 2023 года работает на кафедре детских болезней I Азербайджанского медицинского университета.
Диссертационная работа Н. Азизовой на тему «Диагностический и прогностический анализ врождённых аномалий у детей до 1 года в критическом состоянии» завершена и находится на стадии защиты.
Н. Азизова является автором 17 научных статей (опубликованных в местных и международных журналах с высоким импакт-фактором) и 6 тезисов (Список 1). Кроме того, в 2024 году Н. Азизова получила международный грант в рамках совместного конкурса TÜBİTAK–ANAS. Проект реализуется совместно с учёными из Турции, и исследовательская работа продолжается.
Также доктор Н. Азизова активно участвовала в многочисленных международных конференциях, научных семинарах, симпозиумах и других академических мероприятиях, проводимых в Азербайджане и за рубежом (Список 2).
Доктор Нармин Азизова замужем, имеет двоих детей.
Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkərdə
27 noyabr 2025-ci il, Bakı şəhəri, Azərbaycan. 93.0 FM, “Sağlam Radio”ya müsahibə
23 may 2018-ci il, Ankara şəhəri, Türkiyə. Professor Dr. Mehmet Ceyhan ilə müsahibə
18 noyabr 2025-ci il, Bakı şəhəri. Pediatriya.az portalının 8 illiyi ilə bağlı müraciət

https://azertag.az/xeber/mutexessis_goyoskurek_peyvendlenme_aparilmayan_usaqlar_arasinda_daha_genis_yayilib-3259396
4 noyabr, 2024-cü il. Bakı şəhəri, Azərbaycan. “Azərtac”-a müsahibə

https://azertag.az/xeber/hekim_neonatoloq_dogru_tibbi_biliklerin_cemiyyete_chatdirilmasi_yalniz_pesekar_mesuliyyet_deyil_hem_de_sosial_ohdelikdir-3933311
23 dekabr, 2025-ci il. Bakı şəhəri, Azərbaycan. “Azərtac”-a müsahibə

https://az.trend.az/azerbaijan/society/3780728.html
4 avqust 2023-cü il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://az.trend.az/azerbaijan/society/3831780.html
1 dekabr, 2023-cü il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://az.trend.az/azerbaijan/society/3936748.html
24 avqust, 2024-cü il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://az.trend.az/azerbaijan/society/4070854.html
17 iyul, 2025-ci il. Bakı şəhəri, Azərbaycan. “Trend”.


https://az.trend.az/azerbaijan/society/4133520.html
5 yanvar 2026-cı il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə.

https://teleqraf.az/news/tibb/492198.html
7 avqust 2025-ci il. Bakı şəhəri, Azərbaycan. “Teleqraf”.