“Uşaqlarda Təkmil Həyata Dəstək” təliminə start verildi

Baxış
112

“Milli Pediatriya Dərnəyi”nin təşkilatçılığı, TƏBİB-in və Respublika Pediatriya Mərkəzinin dəstəyi ilə Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasında “Uşaqlarda Təkmil Həyata Dəstək” mövzusunda təlimə başlanılıb. Təlimin məqsədi pediatrik təcili yardım sahəsində çalışan tibb işçilərinin bilik və bacarıqlarını artırmaqdır. İki gün davam edəcək proqramda iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki simulyasiya məşğələlərində də iştirak edəcəklər. Tədbirdə Azər Əhmədov, Anar Qurbanov və Emil Nuriyev çıxış edərək bu tip təlimlərin tibb işçilərinin peşəkar inkişafı və uşaqlara göstərilən təcili tibbi yardımın keyfiyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıblar.

 

 

 

 

 

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin