Uşağınızın günvurmadan qorunma yolları

 

  • Uşaqlarınızı günörta vaxtı günəş altında oynamağa qoymayın.Bayırda uşağın oynaması üçün xüsusən səhər və axşam saatlarına üstünlük verin. Məcbur qalmadıqca uşağınızı günəşin ən güclü təsir etdiyi 10:00-16:00 arası saatlarda açıq havaya çıxartmayın. Bu hallarda ən çox sarışın, açıq rəngli və çilli uşaqlar təsirlənir.
  • Uşaqlarınızın su istəməsini gözləməyin. Günəş vurmasından uşağı qorumaq üçün əsas olaraq bədənin susuz qalmasına imkan verməməkdir. Çünki, su tərləməklə dəri nəmliyini, həmçinin bədən temperaturunu stabil saxlamağa imkan verir. Isti havalarda kifayət qədər su qəbulu olmadıqda tərləmə alınmır, temperatur balansı pozulur və bədən temperaturu get gedə artır. Amma ola bilər ki uşaqlar oynadıqları zaman susadıqlarını hiss edə bilməzlər. Ona görə uşağınızın su qəbulunu mütləq olaraq diqqət edin və xüsusən 1-3 yaş arası uşaqlar susuz qaldıqlarını hiss etmədikləri üçün  aralıqlı olaraq gündə 1- 1.5 l su içirin. İlk 6 ayda ana südü alan körpələrə yay ayları daxil olmaqla əlavə su verməyə ehtiyac olmadığı hala, süni qida qəbul edən uşaqlarda isə qidadan sonra 2-3 çay qaşığı qədər su verilə bilinər.

Картинки по запросу солнечный удар

  • Uşağınızı günəşə çıxarmadan günəşdən qorunmaq üçün kremlərini vurun. Uşağı günəşə çıxarmadan 30 dəqiqə əvvəl  50 SPf və ondan yuxarı krem istifadə etməlisiniz. 2-3 saat sonra bu kremlərin qoruyuculuğu itdiyi üçün təkrar olaraq istifadə etməyiniz məsləhət görülür. Xüsusən də uşaqlar dənizdən (dənizə girin çıxdıqdan) sonra günəş qoruyucu kremi yenidən istifadə etməyiniz vacibdir.
  • Açıq rəng və pambıqdan olan geyimlərə üstünlük verməyiniz tövsiyə olunur. Günəş vurmadan qorumaq üçün uşağınızın geyiminə diqqət edin. Hava rahat girib çıxan xüsusən tərləmənin qarşısını alan geyimlər seçməyə çalışın.
  • Papaq və günəş eynəyindən istifadə edin. Başa birbaşa olaraq günəş təsirini qorumaq üçün geniş kənarlı papaqlardan və ya çətirlərdən istifadə edilməsi məsləhət görülür. Eynək seçiminə görə isə günəş eynəkləri istifadəsi mövzusuna daxil ola bilərsiz.

Картинки по запросу солнечный удар

  • Uşağınızın tez-tez duş qəbul etməsinə imkan yaradın. Günəş vurmadan qorumaq üçün ən yaxşı üsullardan biri də ilıq su ilə duş qəbul edilməsidir. Çünki, tez-tez qəbul edilən duş ilə isti havalarda artmış olan bədən temperaturu aşağı düşəcəkdir. Ona görə də yay aylarında xüsusən yenidoğulanlarda daxil olmaqla uşağınıza gündəlik duş qəbulu etdirin. Ilk 6 ay ərzində hər duşda saç bədən şampunları kimi məhsullar istifadə etməsəz də olar. Ehtiyac yoxdursa bu məhsullar günaşırı istifadə oluna bilinər. Yerdə qalan günlər isə duru su ilə duş almaq məsləhət görülür.

Картинки по запросу солнечный удар

  • Günəş altında və ya kölgə altında belə olsa uşağınızı maşında heç vaxt tək qoymayın. Geyimlər qədər avtomobil oturacaqlarının da materiallarının uşaqları isti saxlaya biləcəyi və tərlədə biləcəyi diqqətə alınmalıdır. Bu çox təhlükəli ola bilər.

Mütəxəssis pediatr Dr Nərmin Əzizova