Uşağınız sizə güvənmirsə, nə etməli?

Baxış
42

“Əgər valideyn övladı ilə mənəvi baxımdan yaxın deyilsə, uşaq öz problemini təkbaşına daşımamalı, güvəndiyi başqa bir yaxınına və ya məktəb psixoloquna müraciət etməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda deyib.

Həkim bildirib ki, valideynin övladının maddi ehtiyaclarını qarşılaması onun mənəvi ehtiyaclarının da təmin edildiyi anlamına gəlmir.

Onun sözlərinə görə, əsas məsələ yalnız maddiyyat deyil. Həkim bildirib ki, uşağa mənəvi dəstək vermək, onu düzgün yönləndirmək və mənəvi cəhətdən yanında olmaq çox vacibdir:

“Əgər valideyn övladı ilə mənəvi baxımdan yaxın deyilsə, uşaq öz problemini kimə danışacağını düşünə bilər. Belə halda uşağın güvənə biləcəyi nənə, baba, xala, əmi, böyük bacı və ya qardaşı varsa, onlarla bölüşməsi mümkündür. Bu şəxslər də yoxdursa, məktəbdə sinif rəhbərinə və ya psixoloqa müraciət edə bilər. Əsas odur ki, uşaq yaşadığı problemi təkbaşına daşımasın”.

Zeynəb Rzayeva

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin