Körpəmi kondisioner istifadə olunan yerdə saxlaya bilərəm?

Körpəmi kondisioner istifadə olunan yerdə saxlaya bilərəm?

Körpələr böyüklərə nisbətən bədən temperaturlarını tənzimləkdə çətinlik çəkə bilirlər. Buna görə də istiliyə və soyuğa böyüklərə nisbətən daha həssasdırlar.

İsti otaqda temperaturun yüksək olması körpələrdə:
1. Çoxlu tərləmə və dəri səpkilərinin yaranmasına,
2. Su itki riskinin artmasına
3. Ani körpə ölümü riskinin artmasına
4. Yuxusuzluğa
5. İştahsızlıq və oyanıqlığa səbəb ola bilər.

Statistikaya əsasən normal otaq temperaturu 22-24 C hesaab olunur. Azyaşlı uşaqğın olduğu otağın temperature tez-tez ölçülməli, temperature nəzarət olunmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, kondisionerlərin filtrlərinin çirkli olması sağlamlıq problemlərinə səbəb ola bilərlər. Toz və digər allergenlər, mikroorqanizmlər körpələrinizfə tənəffüs yolu xəstəliklərinə səbəb ola bilərlər. Kondisionerin soyuğun birbaşa olaraq körpənizin üstünə vurmamasına diqqət edin. Mütəmadi olaraq körpənin ənsəsindən, qarnından və ayaqlarından ona soyuq olub-olmadığını yoxlayın. Kondisionerdən istifadə edərkən periodik olaraq otağı havalandırın (2-3 saat aralıqlarla). Bu zaman valideynlər kondisionerdə müddətli işə düşmə funksiyasının imkanlarından da yararlana bilərlər. Kondisioner havasısının otağın havasını quruda biləcəyinə görə bir otağa qabda su qoymağınız tövsiyə olunur. Uşağınızı bir qat artıq geyindirin. Yuxuya getdikdə körpənizin üstünün örtülməsinə diqqət yetirin. Çalışın uşağınızı soyuq havadan birbaşa isti havaya və ya əksinə çıxarmayasınız. Bu zaman kondisionerin tez-tez yandırılıb- söndürülmə etməyiniz tövsiyə olunmur. Belə ki, kəskin hava dəyişiklikləri uşağınızın xəstələnməsinə səbəb ola bilər.

 

Nərmin Əzizova

Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı

Nərmin Əzizova - E-tibb.az