Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli xəstəxananın vəziyyəti ilə bağlı narazılıq var.
Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən müraciət daxil olub.
Təqdim edilən görüntülərdən aydın olur ki, tibb müəssisəsinin binası qəzalı vəziyyətdədir. Binanın həm xarici, həm də daxili hissələrində dərin çatlar əmələ gəlib. Divar boyunca uzanan iri yarıqlar pəncərə kənarlarından aşağıya doğru davam edir.
Eyni zamanda, tavan örtüyündə ciddi zədələnmələr müşahidə olunur. Bəzi yerlərdə su sızmaları və qopmalar nəticəsində tavanın hissə-hissə dağıldığı görünür. Divarların daxili hissəsində də çatlar genişlənib, bu isə binanın dayanıqlığı ilə bağlı narahatlıq yaradır. Görüntülərdə həmçinin köhnə və baxımsız vəziyyətdə olan bina, qəzalı konstruksiya elementləri və ümumi yararsız infrastruktur diqqət çəkir.

Müraciət edən şəxslər bildirirlər ki, məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə üz tutsalar da, onları qəbul edən olmayıb:
“Direktor mərkəzdə idi, lakin bizi qəbul etmədilər. Mühafizəçi zəng etsə də cavab verilmədi. Bildirildi ki, müavinlər də yoxdur”.
Vətəndaşlar qeyd edirlər ki, mövcud vəziyyət həm xəstələr, həm də tibb personalı üçün təhlükə yaradır və aidiyyəti qurumların təcili tədbir görməsi zəruridir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.