Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
“Vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək onu alışqanla yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdikləri təbdirlər nəticəsində saxlanılıb.
Mənbə: https://oxu.az/cemiyyet/bakida-sinif-yoldasi-terefinden-yandirilan-sagirdin-veziyyeti-aciqlandi