Ötən il Azərbaycanda aliment ödəməyən neçə nəfər həbs edilib?

Baxış
41

Ötən il Azərbaycanda aliment ödəməkdən yayınan 4 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda bildirilib.

Məlumatda qeyd edilib ki, onlardan 3 083 (2024-cü ildə 2 987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2 344 (2024-cü ildə 2 318) nəfər inzibati qaydada həbs edilib.

2025-ci ildə cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib. Onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb. 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin