Azərbaycanda doğum sayı azalıb - Yeni statistika açıqlandı

Baxış
39

Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumatına görə, bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20 362 doğulan körpə qeydə alınıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi azalaraq 8.8-dən 8-ə enib.

Statistikaya əsasən, doğulan körpələrin 53.8 faizini oğlan, 46.2 faizini isə qız uşaqları təşkil edib. Qeydiyyata alınan körpələrdən 698-i əkiz, 27-si isə üçəm olub.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin