Gəncədə azyaşlı yüksək hərarətdən xəstəxanada vəfat edib

Baxış
84

Daşkəsən rayon sakini olan azyaşlı xəstəxanada dünyasını dəyişib.

Oxu.Az “Teleqraf”a istinadən xəbər verir ki, 1.5 yaşlı D.Murquzova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb.

Həkimlərin göstərdiyi zəruri tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, uşaq tibb müəssisəsinə gətirilən zaman yüksək hərarətdən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin