COMEN şirkətinin nümayəndələri Pediatriya İnstitutunda qonaq olublar

Baxış
311

Çin Xalq Respublikasının Quanqdonq əyalətinin Şençjen şəhərində fəaliyyət göstərən COMEN Tibbi Avadanlıqlar Şirkətinin Beynəlxalq Marketinq Bölməsinin MDB (CIS) regionu üzrə Satış Direktoru Shaun Yeung və SmartOn şirkətinin icraçı direktoru Zaur Süleymanov Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olublar.

COMEN tibbi avadanlıqlar istehsalı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət əsasən xəstəxanalar üçün monitorinq sistemləri, reanimasiya, neonatal və diaqnostik avadanlıqlar istehsal edir. 2002-ci ildə təsis edilmiş COMEN-in məhsulları hazırda dünyanın 190-dan çox ölkəsində istifadə olunur.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları, müasir tibbi texnologiyaların tətbiqi və qarşılıqlı tərəfdaşlıq perspektivləri müzakirə olunub. Sonda gələcək əməkdaşlıq istiqamətləri üzrə ilkin razılıqlar əldə edilib.

Qeyd edək ki, son illər K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun beynəlxalq əlaqələri və əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə genişlənməkdədir. Dünyanın müxtəlif ölkələrindən olan tərəfdaş qurumlarla qurulan əlaqələr institutda müasir tibbi texnologiyaların tətbiqinə, elmi təcrübə mübadiləsinin gücləndirilməsinə və pediatriya sahəsində beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin