Bakıda Milli Pediatriya Dərnəyinin I Milli Konqresi keçirilir

Baxış
177

Bakıda Milli Pediatriya Dərnəyi-nin I Milli Konqresi keçirilir.

8–10 aprel 2026-cı il tarixlərini əhatə edən konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə təşkil olunub.

Hazırda tədbir Fairmont Baku – Flame Towers məkanında davam edir və ölkənin müxtəlif bölgələrindən olan pediatrları, neonatoloqları və digər ixtisaslı həkimləri bir araya gətirir. Konqres çərçivəsində uşaq sağlamlığının qorunması, erkən diaqnostika, müasir müalicə üsulları və pediatriya sahəsində yeniliklərə dair elmi məruzələr təqdim olunur, panel müzakirələri və praktiki sessiyalar təşkil edilir.

Tədbirdə çoxsaylı yerli və xarici mütəxəssislər moderator və məruzəçi qismində iştirak edir. Konqresin əsas məqsədi pediatriya sahəsində bilik və təcrübə mübadiləsini gücləndirmək, müasir tibbi yanaşmaları təşviq etmək və səhiyyə sahəsində əməkdaşlığı genişləndirməkdir.

Bildirilib ki, konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirakçılara rəsmi sertifikat təqdim ediləcək. Konqresin təşkilati işləri Konora Events şirkəti tərəfindən həyata keçirilir.

Pediatriya.az kollektivi konqresin işinə uğurlar arzulayır və iştirakçılara səmərəli müzakirələr diləyir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin