Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Naxçıvanda əməliyyatlar aparacaqlar
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyətinin oftalmoloji müayinələr aparmaq məqsədilə bölgələrə üz tutması ənənə şəklini alıb.
AZƏRTAC xəbər verir ki, mərkəzin oftalmoloqları Naxçıvan Muxtar Respublikasında müayinələr aparmaqda davam edirlər.
Həkimlər Muxtar Respublikanın rayonlarında da müayinələr aparırlar. Xeyirxah peşə sahibləri Kəngərli və Culfa rayonlarında sakinləri müayinədən keçiriblər. Fevralın 23-24-də isə mərkəzin həkimləri Naxçıvan Muxtar Respublika Xəstəxanasında müayinələrlə yanaşı oftalmoloji əməliyyatlar aparacaqlar.