22 May 2020

Uşaqlarda normadan çox tərləmənin səbəbləri barədə

Uşaqlar niyə tərləyir?

Uşaqlarda ilk 1 yaşda və cinsi inkişaf dövründə daha da çox tərləmə müşahidə edilir.  Böyüklərdə olduğu kimi uşaqların da tərləməsi normaldır. Orqanizm tərləyərək həm isti şəraitdə bədəni soyudaraq, həm də bəzi toksinlərin orqanizmdən kənara edərərək özünü müdafiə edir. Uşaqların çox tərlədiyini düşündüyümüz vəziyyətlərin çoxunun əslində normal olduğu, yalnız 3% qədərinin isə patologiya olduğu bilinir. Tərləməsi olan uşaqların əlavə əlamətləri yoxdursa, xüsusilə ailədə də oxşar adamlar varsa xəstəlik olma ehtimalı çox azalır. Amma əlavə şikayətlər varsa mütləq həkimə müraciət edilməlidir.

Körpələrdə tərləmə əsasən 4-cü aydan sonra meydana çıxır. Xüsusilə əmərkən və ya yuxuda baş boyun bölgəsinin tərləməsi daha çox rast gəlinir. Ona görə otaq temperaturun 23 dərəcənin altında olması məsləhət görülür.

Холодный пот у ребенка: причины

Tərləməni iki cür dəyərləndirmək olar: Birincili çox tərləmə (altda hər hansı bir xəstəlik olmayan tip) və ikincili çox tərləmə (xəstəliyə bağlı olan tip). Ən çox birincili tip (60-80%) arasında rast gəlinir və daha çox ailədə başqa fərdlər arasında da müşahidə edilir. Hətta 15% hallarda tərləmənin 3 nəsildə yayılması görülür. Fiziolojik olaraq çox tərlənmənin olması ətraf mühitin temperaturun artması, çox aktivlik, həyəcanlanma, həddən çox geyinmə ilə əlaqədardır. Xüsusən əl tərləməsi daha çox rast gəlinir, bərabərində və ya tək başına ayaq, qoltuq altı tərləmədə müşahidə edilir.  Uşaqlar xüsusən gecələr qalın geyindirilərək həmçinin qalın yorğan örtülərək daha da çox tərləyir.

İkincili tip – uşağınızın tərləməsi havanın tempaturu və ya geyimi ilə əlaqədar deyilsə onda bir neçə xəstəlik araşdırmalı və inkar olunmalıdır.

Холодный пот у ребенка - причины появления во время сна, с низкой ...

Uşaqlarda həddindən çox tərləmənin səbəbləri aşağıdakılardır:

  1. Tənəffüs yolu xəstəlikləri və allergiya. Tənəffüs yolu xəstəlikləri və allergiya uşaqların çox tərləməsinə səbəb olur. Burun ətlərində allergik şişmələr çətin nəfəs alıb verməyə, bu da tənəffüs və ürək ritminin artmasına səbəb olur. Burun ətlərinin  normadan böyük olan uşaqlarda gecə tərləmələri və yuxu apne sindromu çox rast gəlinir. Buna çox diqqətli olmaq və mütləq müalicə etmək lazımdır.
  2. Ürək və damar xəstəlikləri. Xüsusən ürək və damar problemləri olan körpələrin valideynləri diqqətli olmalıdır. Ağız ətrafında görülən göyərmə, ağlarkən və nəfəs tutulması kimi tutmalar və tərləmə zamanı ehtiyatlı olunmalıdır. Anadangəlmə ürək qüsuru olan uşaqlarda əgər tərləmə get gedə artırsa çox diqqətli yanaşılmalı və həkimlə məsləhətləşməlidir.
  3. Metabolik və endokrin xəstəliklər. Körpələrdə hipoqlisemiya yəni qan şəkərin çox düşməsi, həddindən çox tərləməyə səbəb ola bilər. Titrətmə, çox tərləmə, göyərmə, əmmədən imtina və ürəyin tez tez döyünməsi ilə birlikdə görülə bilinər. Hətta metabolizmayı sürətləndirən tiroid xəstəlikləri də çoxlu tərləməyə səbəb ola bilər.
  4. İnfeksion proseslər. İnfeksion proseslərə bağlı olaraq ortaya çıxan qızdırma metabolizmanın sürətinin artmasına və tərləməyə səbəb olur.
  5. Cinsi yetişkənlik dövrü. Xüsusilə cinsi yetişkinlik dövründə tiroid vəzinin çox işləməsi tərləməyə səbəb ola bilər. Hipertiroidi olanda həmçinin halsızlıq, hipertenziya, ürək döyüntüləri və zəifləmə çox rast gəlinir. Cinsi yetişkənlik dövründə uşaqlarda həddən çox tərləmənin olması əgər səbəb izah oluna bilmirsə, qanuni olmayan maddə istifadəsi də ağıla gəlməlidir.
  6. Limfa vəzi şişləri. Limfa vəz şişləri həm infeksion proseslərdə olduğu kimi bədənin bəzi nahiyyələrdə limfa vəziləində şişkinlik, qaraciyər və dalaq böyümələri və tərləmə müşahidə edilir.
  7. D vitamin çatışmazlığı – ilk 1 yaşına qədər D vitamini almamış körpələrdə sonrakı dövrlərdə tərləməyə çox rast gəlinir. Tərləmənin səbəbi müəyyən edilmədikdə həkimə müarciət olunub lazım olan testlər olunmalıdır.

Hyperhidrosis: Know About Excessive Sweating in Children ~ Wikye

Uşaqları çox tərləyən valideynlər nə etməlidir?

 Əgər tərləmə xəstəliklə bağlı deyilsə tərləmənin qarşısını aşağıdakıları nəzərə alaraq edə bilərik

  • Çoxlu tərləməyə səbəb olan ədviyyatlar və allergik qidalar yedirtməyin (şokolad, qəhvə və fıstıq əzməsi)
  • Pambıqlı geyimlər geyindirilsin. Yunlu geyimlər, hava almayan tulumlar və örtüklər istifadə etməyin
  • Ətrafa uyğun geyindirilməli. Otaq temperaturu 23 dərəcədən aşağı olmasına diqqət edin. Otağı tez-tez havalandırın.
  • Tez-tez duş qəbul etdirin. Xüsusilə tərləməyə bağlı müşahidə edilən dəri problemləri, istilik, dermatit və göbələk infeksiyaları daha çox müşahidə edilir.

Nərmin Əzizova,

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-mütəxəssis pediatrı və dissertantı

 

 

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
16 May 2020
Müasir zamanda uşaqlar erkən yaşlardan etibarən uzun müddət  ərzində vaxtlarını televizor (telefon) qarşısında keçirirlər. Xüsusilə…
13 May 2020
Gecə sidiyi qaçırma (gecə enurezi) uşaqlarda sıx rast gəlinən problemdir. Uşaqlar arasında gecə enurezinin baş…