19 May 2020

Prezident İcbari Tibbi Sığorta Agentliyini və TƏBİB-i təriflədi

“Deyə bilərəm ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm”.

Marja xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Prezident, “Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər” deyərək sözlərinə belə davam edib:

“Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq”.

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…