08 Noyabr 2019

Uşaqlarda ishal: Nə etmək lazımdır?

İshal varsa, səbəb var . Bu zaman immodium, tetrasiklin, levomisetin kimi dərmanlar istifadə etməyin. İshal zamanı “Smekta” rahatlıqla özünüzün alıb istifadə edə biləcəyiniz vasitədir.

e-tibb.az xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb.

Onun sözlərinə görə, “smekta” istənilən səbəbdən baş vermiş ishal zamanı istifadə edilə bilər. Uşağın bir ayından vermək olar: “Tərkibi təbiətdə olan gil maddəsi kimi bir şeydir. Smektit (alüminium silikat, maqnezium silikat birləşmələri).

“Smekta” baha da deyil. Uzağa gəzintiyə, xaricə gedərkən uşağınız varsa, yanınızda bir neçə paket “smekta” olsun. Böyüklər üçün də yaxşıdır, amma böyüklər üçün fosfalugel, aktiv kömür istifadə edilə bilər”.

Həkim bildirib ki, bu, uşaqda

-istənilən səbəbli ishal (qida dözümsüzlüyü, infeksion, lyamblioz, dərmanla bağlı)

-zəhərlənmə (qida, derman)

-köp, sancı (lap körpə ikən də)

-rotavirus infeksiyası

-mədədə yanma, ağrı, gəyirmə əlamətlərində, həmçinin qastrit, duodenit, xora, ezofaqit kimi xəstəliklər nəticəsində yaranan diskomfort zamanı da effektivdir.

Nə edir “smekta” ?

Yüksək absorbsiya edici xassəsi var. Yəni ki, bağırsaq boşluğunda olan bakteriya, virus, toksin, allergenləri, qazları özünə birləşdirib çıxarır. “Smekta”nIn tərkibindəki Mg və Al təbii qarışığı həzm prosesində dəyişikliyə uğramır, qana sorulmur və olduğu kimi bədəndən çıxır. Bu birləşmə mədə-bağırsaq divarındakı seliyin tərkibindəki qlikoproteidlərlə birləşib seliyin miqdarını artırır. Beləliklə, mədə-bağırsaq divarı sanki qalınlaşmış olur və qıcıqlandırıcı təsirindən qismən qorunmuş olur. “Smekta” yüksək dozada bağırsağın hərəkətliliyini ləngidərək qəbizlik yarada bilir. Hamiləlik və süd vermə zamanı istifadə edilə bilər.

Qəbizlik, bağırsaq keçməzliyi varsa, istifadə etmək olmaz. Əlavə bir reaksiyası yoxdur. Sadəcə, tərkibindəki dad, qoxu verici (vanil kimi) komponentlərə yüksək həssaslıq varsa, allergiya görülə bilər. (Mən öz təcrübəmdə heç görmədim)

Bir yaşadək uşaqlarda gündə bir paket

1-2 yaş arasında gündə 1-2 paket

2 yaşdan yuxarı 2-3 paket 50-100 ml suda həll edilərək istifadə edilə bilər. Hazırladıqdan sonra içilməlidir. Ona görə az-az düzəldin, hər dəfə yenisini suda həll etmək lazımdır.

Hazırlayıb saxlayaraq gün ərzində içirmək olmaz. 3 gündən az olmayaraq və 7 gündən çox olmayaraq qəbul edilir. Digər qəbul edilən dərman və qida ilə arasında interval minimum bir saat olmalıdır. Çünki absorbentlik xassəsi hesabına digər dərmanların effektivliyini azaldar.

Beləliklə, “Smekta”nı həkimə zəng çatmırsa belə, özünüz alıb qeyd etdiyimiz hallarda istifadə edə etdiniz.

21 Oktyabr 2019
Elə hesab etməyin ki, depressiya yalnız böyüklərə məxsus problemdir. Uşaq nədir, depressiya nədir düşünənlər böyük…
19 Oktyabr 2019
Körpəmdəki qırmızı səpkilər normaldır? Bəli, həyatının ilk günlərində bir çox körpənin gövdəsində və üzündə qızarıq…
15 Oktyabr 2019
Nəfəs borusunda qələm başlığı qalan və boğulmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas olunub. Bu barədə…