Ötən il 15-17 yaşlı neçə qadın ana olub?

Baxış
70

Ötən il 877 nəfər 15-17 yaş aralığında ana olub.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 94 nəfər 50 və 50 yaşdan sonra övlad dünya gətirib.

Qeyd edilən yaş aralığında uşaq dünyaya gətirənlər ən çox kəndlərdə qeydə alınıb. Belə ki, 569 nəfər kənddə, 308 nəfər isə şəhərdə yaşayan 15-17 yaşlı qadınlar ana olublar.

50 və 50 yaşdan sonra ana olanlar isə daha çox şəhərdə üstünlük təşkil edib. Belə ki, 59 nəfər şəhərdə yaşayan, 35 nəfər kənddə yaşayan qadınlar uşaq dünyaya gətiriblər.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin