08 Noyabr 2019

Nazir müavinindən uşaq qidası satan şirkətlərə – İttiham

Körpələrin ana südü ilə qidalandırılması daim müvafiq qurumlar tərəfindən geniş təbliğ olunur. Körpələrin ana südü ilə qidalandırılması daim müvafiq qurumlar tərəfindən geniş təbliğ olunur.

BAKI, 6 noyabr — Sputnik. Səhiyyə Nazirliyi dövlət doğum evlərində valideynlərə uşaq qidalarının satılması barədə məlumatlara münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin siyasətinin əsas xətlərindən biri körpələrin qidalandırılmasında ana südünə üstünlük verilməsidir.

Nazir müavini qeyd edib ki, uşaq qidalarının satışı və reklamı ilə məşğul olan bəzi şirkətlər bu sahədə düzgün təbliğat aparmırlar. E.Ağayev həkimlərə tövsiyə edib ki, onlar yenidoğulanların qidalanmasına diqqət etsinlər: “Körpələrin ana südü ilə qidalandırılması daim müvafiq qurumlar tərəfindən geniş təbliğ olunur. Burada həmçinin Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət və mətbuat da iştirak etməlidir”

 

SPUTNIK.AZ

 

08 Noyabr 2019
Bakı, 8 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların…
06 Noyabr 2019
Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb. e-tibb.az-ın məlumatına…
06 Noyabr 2019
Agentlikdən bildirilib ki, hazırda qaydalar layihəsi üzərində iş aparılır. Gələn il yanvarın 1-dən ölkə üzrə…