27 İyun 2019

Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri

Bakı, 27 iyun, AZƏRTAC

Müasir dövrdə uşaqların sosial şəbəkə və planşetlərdən uzun müddət istifadə etməsi, monitorlarla yaxından təması görmə zəifliyinə səbəb olur. Bu da gözqırpma qüsurları, miopiya, astiqmatizm kimi göz xəstəliklərinin artmasına aparıb çıxarır. Bir dəqiqədə 16 dəfə göz qırpması olduğu halda oyunlar zamanı monitora diqqətlə baxmaq uşaqlarda qırpma hərəkətlərinin azalmasına, gözdə quruluq və digər xəstəliklərinin yaranmasına səbəb olur.

Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a məlumat verərək deyib: “Təəssüf ki, kiçikyaşlı uşaqlarda irsi əlamətlər vaxtında aşkar edilmir. Həmin uşaqlar məktəbə gedən zaman onların lövhəni yaxşı görmədiyi, yazı yazarkən hərfləri bir-birinə qarışdırdığı meydana çıxır”.

Uşaqların müntəzəm olaraq göz müayinələrindən keçməsi vacibdir. Düzgün eynək təyin olunması müalicənin başlıca prinsiplərindən biridir. Əgər gözdə çəplik, göz qapaqlarının düşüklüyü varsa, bu, əməliyyata səbəb ola bilər.

Baş oftalmoloq deyir: “Yaş yarımınadək uşaqlar monitorlardan uzaq olmalıdırlar. Məktəbyaşlı uşaqların gün ərzində 1 saatdan artıq monitor qarşısında durması məsləhət görülmür”.

Ən çox rast gəlinən problemlərdən biri də göz tənbəlliyi hesab edilir. Bu, gözlərdən biri və ya hər ikisində görmə faizinin aşağı olması nəticəsində meydana çıxır. Göz tənbəlliyi erkən dövrdə maksimal praktik hədd hesab edilən 7 yaşa qədər aradan qaldırılmalıdır. Müalicə isə nəzərdə tutulan aparatlar vasitəsilə aparılır.

26 İyun 2020
Parasetamol (asetaminofen) dünyada ən çox reseptsiz qəbul edilən dərmandır. Ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Ağrıkəsici…
24 İyun 2020
Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? -Pediatrdan CAVAB Uşağın doğulması ilə…
24 İyun 2020
Bakı İlhamə İsabalayeva - Trend: "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım…