Uşaq evinin sakinləri üçün Peşə Təhsil Mərkəzinə ekskursiya təşkil edilib

Baxış
46

Bakı, 14 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd uşaqların müxtəlif peşə sahələri ilə bağlı dünyagörüşünün artırılması, onların gələcək peşələri ilə bağlı planlarının formalaşdırılması, sosial reabilitasiyalarına dəstək vermək olub.

Ekskursiya iştirakçılarına Peşə Təhsil Mərkəzinin tarixi, ümumi təhsil kabinetləri, laboratoriyalar, emalatxanalar, müxtəlif peşə sahələri, peşə təlimi barədə məlumatlar verilib.

Uşaqlar mərkəzdə peşələrin tədrisi prosesi ilə yaxından tanış olmaq, habelə əyləncəli vaxt keçirmək imkanı əldə ediblər.

Mənbə: https://azertag.az/xeber/usaq_evinin_sakinleri_uchun_pese_tehsil_merkezine_ekskursiya_teskil_edilib-4187199

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin