Uşaq doğularkən bəzi hallarda ailəsinə 600 manat verilmir - Qanun nə deyir? - VİDEO

Baxış
53

Bir çoxları yeni dünyaya gələn uşağı üçün ödənilən birdəfəlik müavinəti necə alacağını bilmir. Bunun qısa izahı var.

Oxu.Az-ın “Qanun nə deyir” adlı rubrikasının bugünkü mövzusu yeni dünyaya gələn uşaq üçün ödənilən birdəfəlik müavinətdir.

Birdəfəlik müavinət necə ödənilir?

Uşaq doğularkən ailəyə 600 manat məbləğində birdəfəlik müavinət verilir. Birdəfəlik müavinət uşağın doğum şəhadətnaməsi rəsmiləşdirildiyi andan proaktiv qaydada, yəni valideynin müraciəti olmadan elektron sistem vasitəsilə təyin edilir. O, ananın bank hesabına köçürülür. Belə hesab yoxdursa, açılır.

Vəsait Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.

İki və ya daha çox uşaq doğulduqda da həmin birdəfəlik müavinət doğulan uşaqların sayına görə olmaqla hər biri üçün ödənilir.

Həmçinin müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.

Uşaq ölü doğulduqda həmin birdəfəlik müavinət verilmir.

Qısası, uşaq doğulduqdan sonra valideyn hansısa dövlət qurumuna müraciət etmir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin