Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ

Baxış
47

Bakının Suraxanı rayonunda yerləşən 87 nömrəli orta məktəbdə dərslərin müvəqqəti olaraq dayandırıldığı iddia olunub.

Bu barədə Oxu.Az-a müraciət daxil olub.

İddialara görə, məktəbin 7-ci sinif şagirdi rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində təhsil ocağının bir neçə gün bağlı qalacağı bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq həmin tədris müəssisəsindən bildirilib ki, 18 aprel 2026-cı il tarixində axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

“Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır”, – deyə məlumatda bildirilir.

Mənbə: https://oxu.az/cemiyyet/suraxanidaki-mektebde-sagirdin-hedesi-sebebinden-dersler-dayandirilib-resmi

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin