Sumqayıtda 7 aylıq körpə qızdırmadan ölüb

Baxış
91

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin