Son altı ayda 73 uşaq övladlığa verilib
Baxış
92
Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib.
Bakıvaxtı.az “Report”-a istinadla xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib.
Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib.
2023-cü ilin noyabrından tətbiq edilən “Himayədar ailə” qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib.
Mənbə: https://bakivaxti.az/az/posts/detail/son-alti-ayda-73-usaq-ovladliga-verilib-1782735294
Şərhlər (0)