Sağlam qidalanma bəzi genetik xəstəliklərin təsirini azaltmağa kömək edə bilər - araşdırma

Baxış
91

Bakı, 24 iyun, AZƏRTAC

Sağlam qidalanma bəzi genetik xəstəliklərin təsirini azaltmağa kömək edə bilər.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Ben-Qurion Universiteti, Harvard Universiteti və Leypsiq Universiteti alimlərinin birgə apardığı araşdırmada bitki mənşəli qidalarla zəngin yaşıl Aralıq dənizi pəhrizinin orqanizmə təsiri öyrənilib. Tədqiqatda müəyyən edilib ki, folatla zəngin qidalar, o cümlədən Mankai su bitkisi, bəzi genetik xüsusiyyətlərə malik insanlarda ürək-damar xəstəliklərinin inkişaf göstəricilərinin yaxşılaşmasına kömək edə bilər.

Alimlərin fikrincə, qidalanma insan orqanizminin genetik xüsusiyyətlərə reaksiyasına təsir göstərə və bəzi xəstəliklərin yaranma ehtimalını azaltmağa yardımçı ola bilər.

Araşdırmanın nəticələri “Clinical Nutrition” jurnalında dərc olunub.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin