Şagirdlər tədris vaxtı telefondan istifadə edə bilərlər?

Baxış
104

“Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq”.

Oxu.Az xəbər verir ki, bunu bu gün “2025-26-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

“Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən, şagirdlər tədris vaxtı telefondan istifadə edə bilməzlər”, – deyə o əlavə edib.

Rövşən Əsədov

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin