Sabahdan Azərbaycanda pediatriya və neonatologiya üzrə konqres başlayır
Pediatriya.az bildirir ki, sabahdan, 27 fevral tarixindən Azərbaycanda pediatriya və neonatologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konqres başlayır.
Tədbirdə pediatrik qastroenterologiya, allerqologiya, pulmonologiya, revmatologiya, infeksion xəstəliklər, kardiologiya və psixiatrik xəstəliklərin müasir tibbi yanaşmaları, həmçinin rəqəmsal dövrün uşaqların sağlamlığına təsiri və gələcək perspektivlər müzakirə olunacaqdır.
Konqres pediatrlar, ailə həkimləri, neonatoloqlar, həkim-rezidentlər və digər səhiyyə mütəxəssisləri üçün nəzərdə tutulub.

Tədbirin proqramına əsasən:
-
27 fevral 2026 – Holiday Inn otelində açılış və seminarlar
-
28 fevral 2026 – Mərkəzi Gömrük Hospitalında praktik sessiyalar və elmi müzakirələr
Konqres Azərbaycan Tibb Universiteti və Mərkəzi Gömrük Hospitalı tərəfindən təşkil olunur.


Tədbir iştirakçılara son tibbi yeniliklər, müasir müalicə metodları və pediatrik sahədə gələcək inkişaf perspektivləri ilə tanış olmaq imkanı yaradacaqdır.
