Respublika Pediatriya Mərkəzində uşaqlarda allergiya ilə bağlı maarifləndirici təqdimat keçirilib

Baxış
94

21–27 iyun Dünya Allergiya Həftəsi çərçivəsində Respublika Pediatriya Mərkəzində həkimlər və tibb işçiləri üçün “Uşaqlarda allergiya: səbəbləri, ilk yardım və müalicə” mövzusunda maarifləndirici təqdimat təşkil olunub.

Tədbirdə pediatr Aynurə Əliyeva mövzu ilə bağlı təqdimatla çıxış edərək uşaqlarda allergik xəstəliklərin yaranma səbəbləri, ən çox rast gəlinən allergik reaksiyalar, risk faktorları və allergiyanın erkən əlamətləri barədə ətraflı məlumat verib.

Təqdimatda həmçinin allergik reaksiyalar zamanı ilk yardım prinsipləri, müasir diaqnostika üsulları və effektiv müalicə yanaşmaları iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, allergik xəstəliklərin erkən mərhələdə aşkarlanması və düzgün müalicə taktikasının seçilməsi uşaqlarda ağırlaşmaların qarşısının alınması və həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, allergik xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Respublika Pediatriya Mərkəzində keçirilən bu kimi maarifləndirici tədbirlər həkimlərin peşəkar bilik və bacarıqlarının artırılmasına, eləcə də uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin