Qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün sərgi təşkil edilib
Martın 14-də “Erbi Book Cafe”də “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə leykozdan (qan xərçəngi) əziyyət çəkən uşaqlar üçün sərgi təşkil edilib. Sərgidə kitablar, bijuteriya, şirniyyat və müxtəlif əl işləri satılmışdır.
AZƏRTAC xəbər verir ki, xeyriyyə məqsədi ilə təşkil edilən sərginin əsas məqsədi maddi imkanları zəif olan ailələri ərzaq və onların leykemiyalı uşaqlarını dərman preparatları ilə təmin edilməsidir.