K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu bəzi media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə çağırış etmişdir

Baxış
982

K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Pediatriya.az-a açıqlamasında bildirib ki, son zamanlar bəzi sosial şəbəkələrdə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və onun rəhbərliyi barədə həqiqətə uyğun olmayan, əsassız və dəqiqləşdirilməmiş məlumatların yayılması müşahidə olunur. Bu cür paylaşımların ictimai rəyə mənfi təsir göstərə biləcəyi diqqətə çatdırılır və qurumun fəaliyyəti barədə yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər.

Qeyd edilir ki, Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq, dəqiqləşdirilməmiş məlumatların yayılması, böhtan və təhqir xarakterli materialların paylaşılması hüquqi məsuliyyət yarada bilər. Bu cür məlumatların yayılmasında iştirak edən şəxslərin qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıması nəzərdə tutulur.

İnstitutun rəhbərliyi və aidiyyəti qurumlar ictimaiyyəti yalnız rəsmi və təsdiqlənmiş mənbələrə istinad etməyə çağırır və bu kimi halların qarşısının alınması istiqamətində zəruri hüquqi addımların atıla biləcəyini bildirir.

Eyni zamanda xüsusilə bildirilir ki, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda gündəlik olaraq yüzlərlə uşaq müayinə və müalicə olunur, pasiyentlərə yüksək ixtisaslı və təcrübəli peşəkar həkimlər tərəfindən tibbi yardım göstərilir. Burada müasir tibbi yanaşmalar tətbiq edilir, elmi-tədqiqat işləri aparılır və pediatriya sahəsinin inkişafına yönəlmiş mühüm fəaliyyətlər həyata keçirilir. İnstitut ölkədə uşaq sağlamlığının qorunması və tibbi elmin inkişafı istiqamətində dövlətin qayğısı altında mühüm fəaliyyətini davam etdirir.

Yekunda Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ) bütün media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyət üzvlərini Azərbaycan Respublikasının qanunvericiliyinə və ümumbəşəri etik prinsiplərə riayət etməyə, dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə və belə hallara yol verməməyə çağırır.

Возможно, это изображение текст

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение учеба, рентген и больница

Возможно, это изображение один или несколько человек и больница

Возможно, это изображение больница и текст

Возможно, это изображение один или несколько человек и больница

Возможно, это изображение один или несколько человек и больница

Возможно, это изображение один или несколько человек

Нет описания фото.

Нет описания фото.

Нет описания фото.

Нет описания фото.

Нет описания фото.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin