19 May 2020

Uşaqlara çiyələk yemək olmaz?

Uşaqlara çiyələk yemək olmaz?

Hazırda çiyələk mövsümüdür. Çiyələk hər kəsin, ən çox da uşaqların sevimlisidir. Adətən çiyələk allergik məhsul kimi təqdim edilir və bu səbəbdən uşaqlara verilməsinə ehtiyatla yanaşılır. Ən çox da allergiyaya meylli uşaqlara çiyələk tövsiyə olunmur.

e-tibb.az xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə valideynlərə “Körpələrə çiyələk verməyin. Söhbət bazarda-dukanda satılandan gedir”, deyə çağırış edib: “Öz bağınızda varsa nə gözəl… Satılanlar dərmanlıdır, unutmayın, faydasından çox zərəri var. Bəli, çiyələk C vitamini ilə zəngindir, amma həm də potensial allergendir. Bir yaşa kimi qəti olmaz. Uşağın bir yaşı olunca da bir boşqab yedirtmək olmaz. Bəzən bir dənəsinin allergiya vermədiyini görəndə bir boşqab yedirirsiz. Unutmayın ki, bununla bir boşqab da dərman yedirirsiz. Həm də qida dözümsüzlüyü bu zaman baş verir. Bağırsaqda, mədədə reaksiya, öskurəyin tətiklənməsi, dəri problemlərinin alovlanması və s. yaranır. Nəticədə isə C vitaminin möhkəmləndirdiyi immunitet başqa səbəbdən zəifləyir.
Hamilə xanimlar (son üç ayda), süd verən analar da diqqətli olmalıdır. Körpə orqanizmi həm də böyrək yüklənməsindən zərər görə bilər”.

13 May 2020
Göbələk ən faydalı qidalardan olsa da, çox zaman ondan ehtiyatla istifadə olunur. Bu qidanın daha…
05 May 2020
Uşaqların sağlam qidalanması üçün sadəcə, yemək yemək kifayət deyil. Eyni zamanda bəzi prinsiplər mütləq gözlənilməlidir. e-tibb.az xəbər…
18 Fevral 2020
Bakı. İlhamə İsabalayeva - Trend: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süni uşaq qidalarının ölkədə istehsalı və…