Pediatriya.az beynəlxalq pediatriya konqresinin rəsmi media tərəfdaşı seçilmişdir

Baxış
336

Azərbaycanın ilk və aparıcı pediatrik tibbi-maarifləndirmə platforması olan Pediatriya.az, Avropa Pediatriya Akademiyası (European Academy of Paediatrics — EAP) tərəfindən təşkil olunan EAP 2027 — 10th Congress & Mastercourse beynəlxalq konqresinin rəsmi media tərəfdaşı seçilmişdir.

Nüfuzlu beynəlxalq elmi tədbir 20–23 may 2027-ci il tarixlərində İspaniyanın Barselona şəhərində, Barceló Sants mərkəzində keçiriləcəkdir. Konqres “From Nose to Lungs” şüarı altında uşaqlarda tənəffüs yolları xəstəlikləri, müasir diaqnostika və müalicə protokolları, sübutlu tibb prinsipləri və pediatriyanın aktual istiqamətlərini əhatə edən geniş elmi proqram təqdim edəcəkdir. Tədbir çərçivəsində həm nəzəri elmi sessiyalar, həm də həkimlər üçün praktik Mastercourse bölmələri təşkil olunacaqdır.

Qeyd edək ki, 2017-ci ilin noyabr ayında təsis edilən Pediatriya.az portalı fəaliyyəti dövründə valideynlərin elmi əsaslı tibbi maarifləndirilməsi ilə yanaşı, yerli və beynəlxalq tibbi tədbirlərin işıqlandırılmasında da fəal iştirak edir.

Media tərəfdaşlığı çərçivəsində portal konqresin elmi yeniliklərini, tezis qəbulu və qeydiyyat mərhələlərini, eləcə də beynəlxalq pediatrik təcrübəni Azərbaycan dilindəki oxucu və həkim auditoriyasına mütəmadi olaraq çatdıracaqdır.

www.eap-congress.org

www.pediatriya.az

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin