106 illik tarixində ilk dəfə Bakı Dövlət Universitetinə (BDU) qadın rektor təyin olunub
Baxış
31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Beləliklə, BDU-nun 106 illik tarixində ilk dəfə Bakı Dövlət Universitetinə qadın rəhbərlik edəcəkdir.
Bakı Dövlət Universitetinin rektorları – 1919–2026
106 ildən artıq tarixə malik Bakı Dövlət Universitetinə (BDU) rəhbərlik etmiş rektorların xronoloji siyahısı.
- Vasili Razumovski — 1919–1920
- Sergey Davidenkov — 1920–1923
- Aleksandr Qulyayev — 1923–1926
- Tağı Şahbazi Simurğ — 1926–1929
- Müseyib Şahbazov — 1929
- Vladimir Yelpatyevski — 1929
- Maqsud Məmmədov — 1929–1930
1930–1934-cü illər: Universitetin fəaliyyəti dayandırılıb.
- Məmmədkazım Ələkbərli — 1934–1935
- Balabəy Həsənbəyov — 1935–1937
- Əziz Əliyev — 1937
- Cəbrayıl Ələsgərov — 1937–1941
- Şamil Əliyev — 1941–1944
- Abdulla Qarayev — 1944–1950
- Cəfər Hacıyev — 1950–1954
- Yusif Məmmədəliyev — 1954–1958
- Şəfaət Mehdiyev — 1958–1965
- Mehdi Əliyev — 1965–1970
- Faiq Bağırzadə — 1970–1987
- Yəhya Məmmədov — 1987–1989
- Cəmil Quliyev — 1989–1990
- Mirabbas Qasımov — 1990–1992
- Firudin Səməndərov — 1992–1993
- Murtuz Ələsgərov — 1993–1996
- Misir Mərdanov — 1996–1998
- Abel Məhərrəmov — 1999–2018
- Firudin Qurbanov (rektor səlahiyyətlərini icra edən) — 2018–2019
- Elçin Babayev — 2019–2026
- Məleykə Abbaszadə — 2026–hazırda
Şərhlər (0)