Pediatrın eşitmək istəmədiyi şikayət – Əksər xəstəliklərə işarədir

Qusma bir pediatrın ən sevmədiyi şikayətlərdən biridir.

Aztibb.az xəbər verir ki, uzman pediatr, neonatoloq Kamil Şərifovun bildirdiyinə görə, qusma ilə birlikdə bəzi patoloji hallar bir çox xəstəliklərə işarədir.

Qusma ilə birlikdə ishal (qarın getməsi) və temperatur olursa, qusmanın ən olası səbəbi qastroenderitdir. Yəni mədə və bağırsaq infeksiyası.

Qusma və temperatur var, ishal yoxdursa, sidik yolu infeksiyaları, sepsis (qan infeksiyaları), menengit və s. xəstəliklər diqqətlə tədqiq edilməlidir.

Qusma və qarın ağrısı, (qarın ağrısı olmaya da bilər) bəzən bağırsaq keçməzlikləri (bağırsaq düyünlənmələri, limfomalar və s.) əlaməti ola bilir.

Xüsusilə 2-3 aylıq oğlan uşaqlarında qidalanmadan az sonra fontan şəklində qusmalar konjenital pilor stenozunun, yəni mədə çıxışında darlıq yaranmasını əlaməti ola bilər.

Ayrıca qusma bəzi endokrinoloju (kongenital adrenal hiperplazi, diabetik ketaasidoz və s.) və bəzi metabolizma xəstəliklərinin (galaktozemiya, aminoasidopatiyalar, yağ metabolizma xəstəliklərinin və s) ilk əlamətlərindən ola bilər.

Beynin daxili təzyiq artışının (beyin şişləri, hidrosefaliya və s) da ilk simptomları çox vaxt qusma və baş ağrısı şəklində başlayır.

Bütün bu başlanğıc səviyyə məlumatlar diqqətə alındığında qusması olan bir uşaq professional bir pediatr tərəfindən tədqiq, izləm və səbəbə görə müalicə olunmalıdır.