Ötən həftə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2842 xəstə müraciət edib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həftə ərzində onlara müraciət edən xəstələrin statistikasını açıqlayıb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, son bir həftə ərzində 2842 xəstə müraciət edib.

Həftə ərzində mərkəzdə 130 cərrahi əməliyyat icra olunub, onlardan 30-u katarakta diaqnozu əməliyyatıdır. Müraciət edənlərin 52 nəfəri üzərində intravitreal inyeksiya, 6 nəfəri üzərində plastik əməliyyat aparılıb.

Milli Oftalmologiya Mərkəzinin Masallı filialına həftə ərzində 420 xəstə müraciət edib, onlardan 47 nəfər cərrahiyyə əməliyyat olunub.

Mərkəzin Gəncə filialına həftə ərzində müraciət edən 227 xəstədən 15 nəfər üzərində əməliyyat aparılıb.

 

AZƏRTAC