Mütəxəssis xəbərdarlıq edir: Yaz allergiyası təhlükəlidir

Baxış
54

Yaz mövsümündə ağac tozlarının artması xüsusilə allergiyaya meyilli uşaqlarda asqırma, burun və göz qaşınması, öskürək kimi şikayətləri artırır.

Oxu.Az xəbər verir ki, bu barədə uşaq xəstəlikləri üzrə türkiyəli mütəxəssis Eser Akkuş İHA-ya danışıb.

O bildirib ki, vaxtında tədbir görülməzsə, bahar allergiyası astma kimi ciddi xəstəliklərə səbəb ola bilər.

Onun sözlərinə görə, uşaqlarda ən çox ardıcıl asqırma, burun axması, gözlərin sulanması, quru öskürək, nəfəs darlığı və halsızlıq müşahidə olunur.

Mütəxəssis valideynlərə tozların çox olduğu saatlarda uşaqları çölə çıxarmamağı, evə qayıtdıqdan sonra geyimləri dəyişib üz və saçları yumağı, həmçinin vaxtında həkimə müraciət etməyi tövsiyə edib.

Qeyd olunub ki, sağlam qidalanma, xüsusilə “Omega-3”, vitamin və probiotiklərlə zəngin qidalar allergiya əlamətlərini yüngülləşdirə bilər.

Mənbə: https://oxu.az/maraqli/mutexessis-xeberdarliq-edir-yaz-allergiyasi-tehlukelidir

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin