K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Baxış
39

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda balacalar üçün xüsusi bayram tədbiri təşkil olunub.

Rəngarəng və şən ab-havada keçən tədbirdə uşaqlar maraqlı şou proqramı izləyib, müxtəlif oyunlarda iştirak edib, mahnılar səsləndirilib və əyləncəli fəaliyyətlər təşkil olunub. Gün ərzində uşaqların sevinc dolu gülüşləri institutun hər yerinə yayılıb.

Bayramın ən yaddaqalan məqamlarından biri isə uşaqlara təqdim olunan hədiyyələr olub. Balacalar həm əylənib, həm də xoş sürprizlərlə qarşılaşıblar.

Tədbirin əsas məqsədi uşaqlara bayram sevinci yaşatmaq, onların üzündə təbəssüm yaratmaq və bu günü onlar üçün daha da yaddaqalan etmək olub. Səmimi və mehriban atmosferdə keçən tədbir uşaqlara xoş anlar bəxş edib, valideynlər və kollektiv tərəfindən böyük məmnunluqla qarşılanıb.

Uşaqların sevinc dolu baxışları və gülərüz simaları bir daha göstərdi ki, onların xoşbəxtliyi hər birimizin ən böyük dəyəridir. Bayram tədbiri unudulmaz xatirələrlə yadda qalıb.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin