K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Tibb İşçilərinin Peşə Bayramı qeyd olundu

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda bayram tədbiri keçirilib.
İnstitutun direktoru, dosent Aynur Poluxova tibb işçilərini təbrik edərək bildirib ki, bu peşə – vicdan, mərhəmət və insan həyatına xidmət missiyasıdır. O, Ulu Öndər Heydər Əliyevin həkimlik sənətinə verdiyi yüksək dəyəri xatırladaraq, tibb işçilərinin əvəzolunmaz rolunu vurğulayıb.
Tədbir zamanı bir sıra əməkdaşlara təşəkkürnamələr və tibbi geyimlər təqdim olunub. Sonda isə rəngarəng şarlar səmaya buraxılıb.