19 İyun 2019

Həkimlərin də maaşı qalxacaq – “3 dəfəyə qədər artım”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, səhiyyə islahatları sosial islahatların çox mühüm bir sahəsidir. Onun sözlərinə görə, səhiyyə islahatları da Prezidentin nəzarətindədir:

“Uzun illərdir bu islahatlar davam edir. Gələn ilin yanvarın 1-dən icbari tibbi sığorta işə düşəcək. Səhiyyə sisteminin tam icbari tibbi sığortaya keçidi  gözlənilir. İcbari tibbi sığorta işə düşəndən sonra tibb işçilərinin də maaşı ən azı 3 dəfəyə qədər  qalxacaq. 

Hətta daha çox yüksələcək.  Gələn ilə gözlənilir, bu icbari tibbi sığorta ilə bağlıdır. Bundan sonra tibb işçilərinin maaşları kifayət qədər artacaq”.

Deputat  əlavə edib ki, maaş artımı icbari tibbi sığortayla çalışan bütün sektorlara aid olacaq və qalanları da ona adekvat olaraq dövlət büdcəsindən artırılacaq.

“Elə klinikalar var ki, onlar icbari tibbi sığortaya keçməyəcək və dövlət proqramı ilə maliyyələşəcək. Həmin klinikalarında da əməkhaqqılar digərlərinə uyğun olaraq artırılacaq”, deyə M.Quliyev vurğulayıb.

Əsmər Qabil

21 Oktyabr 2019
“Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir”. e-tibb.az-ın xəbərinə…
21 Oktyabr 2019
Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər. Körpələrin…
21 Oktyabr 2019
Bakıda Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi keçirilir. e-tibb.az APA-ya istinadən xəbər verir ki, konqresin əsas…