Həkim xərçəng xəstəliyindən "sığortalanmış" insan qrupunu açıqladı

Baxış
68

Jilber sindromu olan insanlarda xərçəng xəstəliyi daha az diaqnoz edilir və onlar daha uzun yaşayırlar.

Oxu.Az “Rossiya 1” telekanalına istinadən xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib.

Onun sözlərinə görə, bu diaqnoz əslində xəstəlik sayılmır və sağlamlıq üçün təhlükə yaratmır.

Həkim bildirib ki, belə insanlarda dərmanların parçalanmasına cavabdeh fermentlərin səviyyəsi aşağı olur və bu, kanserogenlərin təsirinə qarşı əlavə qorunma yaradır.

O, həmçinin vurğulayıb ki, sindrom çox vaxt təsadüfən aşkar olunur və xüsusi müalicə tələb etmir.

Mənbə: https://oxu.az/dunya/hekim-xerceng-xesteliyinden-sigortalanmis-insan-qrupunu-aciqladi

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin