25 Noyabr 2019

“Gənc qızların ginekoloqa müraciətinə olan münasibət yanlışdır” – HƏKİMDƏN AÇIQLAMA

“Ginekoloji problemlər təkcə cinsi aktivlik yaşayan qadınlarda olmur. Gənc qızların da özlərinə aid ginekoloji problemləri ola bilər”.

Cərrah-ginekoloq Rəşad Sultan lent.az-a bildirib ki, ona görə də hər bir qadın vaxtı-vaxtında ginekoloji müayinədən keçməlidir. Onun sözlərinə görə, bakirə qızlarda menstruasiya pozğunluğu, ginekoloji ağrılar, xoşxassəli şişlər, uşaqlıq yolunun ifrazatı və s. Problemlərin olması normal qarşılanır: “Problemlərin vaxtında aşkarlanmaması gələcəkdə ciddi fəsadlara yol açar. Gənc qız ginekoloqa müraciət edirsə, bu o demək deyil ki, o artıq bakirə deyil. Bu düşüncə tamamilə yanlışdır”.

Həkim deyib ki, ginekoloji müayinə təkcə uşaqlıq yolunun güzgü ilə yoxlanılması deyil. Tibbi müayinə sorğu ilə başlayır: “Yəni xəstə ilə söhbət aparılır, şikayətləri müəyyənləşdirilir. Bundan başqa xarici cinsiyyət üzvlərinə baxmaqla da bəzi problemləri aşkar etmək olar. Eyni zamanda ultrasəs müayinəsi də ginekoloji müayinənin bir parçasıdır. Bakirə qızların müayinəsində bu vasitədən çox istifadə edirik. Əgər qızın yumurtalıqlarında problem varsa, həkim ona üstdən USM-lə baxır və diaqnozu qoyur”.

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…