Bakıda ana və uşaq sağlamlığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
Baxış
51
19 sentyabr 2026-cı il tarixində Bakıda “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Konfrans Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi ilə Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “Florence Nightingale” Xəstəxanalar Qrupu və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə baş tutacaq.
Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərovun konfransla bağlı video müraciəti və dəvət çıxışı təqdim olunacaq.
Konfransda iştirak ödənişsizdir. İştirak etmək istəyən şəxslərin əvvəlcədən qeydiyyatdan keçməsi tələb olunur.
Şərhlər (0)