25 Noyabr 2019

Körpələrə su vermək düzgündürmü?

Körpələr su içməlidirmi sualı valideynləri hər bir valideyni düşündürən sualdır. Yeni doğulanlara su verilib-verilməsi barədə müxtəlif fikirlər səslənir. Ümumiyyətlə, körpələr nə zaman su içməlidir?

Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun bununla bağlı paylaşdğı məlumatda bildirilir ki, yeni doğulandan sonra 6 ay ərzində mütləq ana südü tövsiyə olunur. Onun sözlərinə görə, ana südü qəbul edən körpələrin su daxil heç bir şeyə ehtiyacı yoxdur (D vitamini verilməlidir). Çünki ana südünün 70-80 faizi sudur.

Süni qidalar su ilə hazırlandığına görə bu körpələrin də isti havalar da daxil suya ehtiyacları yoxdur. Əksinə, verilən su körpənin ana südü və ya süni qidaya qarşı istəyini azaldır, bu da onların böyümə və inkişafına mənfi təsir göstərir.

Körpələrə su verməyə əlavə qidalanmaya keçən zaman, 6 aydan sonra başlanıla bilər. 1 yaşa qədər uşaqlara qaynanmış ilıq su verilməsi məsləhətdir. Hər şəraitdə verilən suyun təmizliyinə və uşaqlara uyğun olmasına diqqət edilməlidir. Valideynlərin körpələrə vaxtından əvvəl şəkərli su və meyvə suları verməsi ən çox edilən xətalardandır.

e-tibb.az

24 Aprel 2020
Hal - hazırda evdə uşaqların daha çox vaxt keçirməsi ilə əlaqədar olaraq zəhərli maddələrdən  uzaq…
26 Dekabr 2019
Yeni doğulan körpələrdə sarılıq əlamətlərinin görünməsi nədən xəbər verir? Sarılıq əlaməti xəstəlikdir, yoxsa buna adi…
14 Dekabr 2019
Yeni doğulanlara qulluq qaydaları hər kəs üçün önəmlidir. Bu qaydaları təkcə analar deyil hamı bilməlidir.…