Elektron resept sistemi həkim səhvləri və saxta dərmanlarla bağlı nə vəd edir? - FOTO

Baxış
44

“Elektron resept sisteminin yaradılmasının əsas məqsədi reseptlərin tərtibi, saxlanılması və icrası proseslərinin rəqəmsallaşdırılması, kağız kargüzarlığının minimuma endirilməsi, dərman dövriyyəsində şəffaflığın təmin edilməsidir”.

Oxu.Az xəbər verir ki, bunu 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Elektron resept sistemi həkim səhvləri və saxta dərmanlarla bağlı nə vəd edir? - FOTO

Onun sözlərinə görə, sistem həmçinin qanunsuz dərman dövriyyəsinin qarşısının alınmasına, vətəndaşların istifadə müddəti bitmiş və ya keyfiyyətsiz dərman vasitələri ilə təmin edilmə riskinin azaldılmasına xidmət edir:

“Bu yanaşma səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, idarəetmə proseslərinin optimallaşdırılmasına və ümumilikdə səhiyyə sistemində səmərəliliyin yüksəldilməsinə şərait yaradır. Sistem həkimlərin, pasiyentlərin və əczaçıların gündəlik fəaliyyətində rahatlığın təmin olunması məqsədilə davamlı olaraq təkmilləşdirilir. Təkmilləşdirmə prosesləri istifadəçilərin praktiki təcrübəsi, həkimlərin rəyləri və sistemdən istifadə zamanı ortaya çıxan ehtiyaclar əsasında həyata keçirilir”.

S.Məhərrəmova bildirib ki, elektron resept tətbiqi ilk növbədə reseptlərin tərtibi prosesində dəqiqliyin və standartlaşdırmanın artırılmasına xidmət edir:

“Sistem dərman vasitələrinin dövlət qeydiyyatı, təsiredici maddəsi, doza göstəriciləri və digər tibbi parametrlər üzrə avtomatlaşdırılmış yoxlama mexanizmləri təqdim edir. Bu mexanizmlər reseptlərin səhv, natamam və ya tibbi standartlara uyğun olmayan formada tərtib edilməsi riskini minimuma endirir. Bununla yanaşı, vətəndaşların resept məlumatlarına çıxış imkanlarını da genişləndirir. Elektron reseptlər mobil tətbiqlər və “mygov” platforması üzərindən vətəndaşlar üçün əlçatan olur. Bu isə reseptlərin itməsi, oxunmaz olması və ya istifadə zamanı yaranan digər texniki çətinliklərin aradan qaldırılmasına imkan yaradır”.

Mütəxəssis qeyd edib ki, eyni zamanda, elektron resept sistemi səhiyyə idarəçiliyi baxımından mühüm analitik imkanlar formalaşdırır:

“Onun vasitəsilə dərman təyinatları üzrə məlumatların toplanması, təhlili və monitorinqi mümkün olur. Bu məlumatlar əsasında dərman təminatının daha səmərəli planlaşdırılması, səhiyyə xidmətlərinin optimallaşdırılması və sahə üzrə qərarların daha əsaslandırılmış şəkildə qəbulu təmin edilir”.

Mənbə: https://oxu.az/cemiyyet/elektron-resept-sistemi-hekim-sehvleri-ve-saxta-dermanlarla-bagli-ne-ved-edir-foto

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin