Distant portalına 541 online mühazirə yerləşdirilib

Bakı, 3 yanvar, AZƏRTAC

Həkimlərin distant portalına 541 online mühazirə yerləşdirilib.

Distant portal 2016-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında pilot layihə olaraq yaradılıb. Portalda həkimlərin online mühazirələri yerləşdirilir.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, portal həkimlərə səhiyyə nazirinin əmrinə əsasən Davamlı Tibbi Təhsil sistemində distant təhsilə görə kredit toplamaq imkanı yaratmaq məqsədi daşıyır.

2016-2017 və 2017-2018-ci tədris illərində distant portala 541 online mühazirə yerləşdirilib. Həmin müddətdə 7226 nəfər portala daxil olaraq onu izləyib, 4398 nəfərin e-maili təsdiqlənib, 3068 nəfər profayl yaradıb, 412 nəfər testə daxil olub.